Əməliyyat üzrə menecer müavini
Pasha MallsBakıda əməliyyat üzrə menecer müavini vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 28 sentyabr 2026
- Son müraciət tarixi
- 15 oktyabr 2026
- Kateqoriya
- Tikinti və Daşınmaz Əmlak
Vakansiya haqqında
Pasha Malls Bakıda «Əməliyyat üzrə menecer müavini» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
• Ticarət mərkəzinin fiziki idarə edilməsi ilə yanaşı, onun mühafizə, təhlükəsizlik, təmizlik işlərinin idarə edilməsi, bina və avadanlıqların saxlanılması daxil olmaqla ümumi əməliyyat məsələlərini idarə etmək;
• İcarəçilərin və qonaqların bütün tələblərinə cavab vermək üçün ticarət mərkəzində gündəlik əməliyyatları ən yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla idarə etmək;
• Ticarət mərkəzinin daxilində və xaricində bütün sahələrə ümumi nəzarət və üzərinə düşən vəzifələrin yerinə yetirilməsi;
• Bütün əməliyyat, təhlükəsizlik və təmizlik, eləcə də üçüncü tərəf işçilərini nəzarət sistemi çərçivəsində yüksək məhsuldarlığı təmin etmək üçün nəzarətdə saxlamaq;
• İcarəçilərə və ticarət mərkəzinin qonaqlarına yüksək keyfiyyətli xidməti təmin etmək üçün Məlumat Mərkəzi Xidmətinə nəzarət etmək;
• Daima ərazidə olmaq, problemlər baş verən kimi dərhal onları həll etmək, qabaqlayıcı tədbirləri həyata keçirmək və yuxarı rəhbərliyi daim məlumatlandırmaq;
• PAŞA Malls şirkətinin Korporativ dəyərlərini, Etik normalar, Hədiyyə və Əyləncə siyasətini, eləcə də şirkətin digər siyasət və prosedurlarının təşviq etmək və qorumaq;
• Ticarət Mərkəzinin meneceri və Əməliyyat üzrə menecerin tapşırdığı digər işləri yerinə yetirmək.