Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Baş energetik

STP Global CableSumqayıtda energetik vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Sumqayıt
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 noyabr 2026
Baxış
674
Müraciət
46
Son müraciət tarixi
27 dekabr 2026

Vakansiya haqqında

STP Global Cable Sumqayıtda «energetik» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

“STP GLOBAL CABLE” MMC Texniki xidmət şöbəsi,Avtomatika bölməsi üzrə “Baş energetik” vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel zavodu daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Elektrik energetikası, elektrotexnika və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil;
  • Sənaye müəssisələrində elektrik və enerji təsərrüfatı sahəsində minimum 5 il iş təcrübəsi;
  • 0,4 kV, 6 kV və 10 kV elektrik sistemləri üzrə bilik;
  • Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • Rəhbərlik, komanda idarəetməsi və operativ qərarvermə bacarığı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • Zavodun elektrik və enerji təsərrüfatının idarə olunması;
  • Elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz istismarına nəzarət;
  • Transformator yarımstansiyaları, paylayıcı qurğular və elektrik şəbəkələrinin istismarının təşkili;
  • Elektrik mühərrikləri, idarəetmə panelləri, avtomatik açarlar və rele mühafizəsi üzrə bilik;
  • Planlı təmir-profilaktika işlərinin təşkili, nasazlıqların aradan qaldırılmasına rəhbərlik;
  • Enerji sərfiyyatına nəzarət və enerji səmərəliliyinin artırılması;
  • Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilmək;
  • Elektrik heyətin işinin təşkili və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı - Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş energetik” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur. 

STP Global Cable haqqında

Aktiv vakansiya
1
Son 6 ayda
16
Əsas şəhər
Sumqayıt

Kimləri axtarır

  • maliyyə meneceri
  • nəzarətçi
  • satınalma üzrə mütəxəssis
  • keyfiyyətə nəzarət üzrə mütəxəssis

STP Global Cable vakansiyaları: hazırda GoJob-da şirkətin yalnız bu elanı aktivdir. Şirkət əsasən maliyyə meneceri, nəzarətçi, satınalma üzrə mütəxəssis və keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifələrinə işçi axtarır. Son 6 ayda STP Global Cable şirkətində iş üçün 16 vakansiya dərc olunub. STP Global Cable işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

STP Global Cable: bütün vakansiyalar (1)

«Baş energetik» vakansiyası haqqında suallar

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat; iş saatları: 09:00–18:00.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Sumqayıt.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.