Feldşer / Offshore Paramedic
MediClubBakıda feldşer vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Səbail
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 25 noyabr 2026
- Baxış
- 708
- Müraciət
- 55
- Son müraciət tarixi
- 25 dekabr 2026
- Kateqoriya
- Səhiyyə və Əczaçılıq
Vakansiya haqqında
MediClub Bakının Səbail rayonunda «Feldşer» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Vakansiyada 11 vəzifə göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.
İş yeri: Dəniz neft-qaz platformaları
İş qrafiki: Növbəli
MediClub Klinikası dəniz neft-qaz obyektlərində həyata keçirilən tibbi xidmət layihəsi çərçivəsində peşəkar, məsuliyyətli və təcili tibbi yardım sahəsində praktik bacarıqlara malik feldşerləri komandamıza qoşulmağa dəvət edir.
Namizədlərə əsas tələblər
- Müvafiq feldşer ixtisası üzrə orta ixtisas tibb təhsili və diplom;
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş qüvvədə olan sertifikasiya şəhadətnaməsi;
- Təcili tibbi yardım, reanimasiya və ya istehsalat obyektlərində tibbi xidmət sahəsində praktik təcrübə;
- Ürək-ağciyər reanimasiyası (CPR), ilkin və təkmilləşdirilmiş təcili yardım prinsipləri üzrə bilik və bacarıqlar;
- Təcili tibbi vəziyyətlərdə operativ qərarvermə və komanda şəklində işləmək bacarığı;
- Dəniz şəraitində rotasiya rejimində işləməyə fiziki və psixoloji hazırlıq;
- Tibbi sənədləşmə, hesabatlılıq və peşə etikası qaydalarına riayət etmək.
İş şəraiti
- Dəniz platformasında rotasiya prinsipi əsasındanövbəli iş rejimi;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Əməkhaqqı və digər təminatlar müsahibə zamanı müzakirə olunacaq.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə CV-lərini, təhsil diplomlarını, qüvvədə olan sertifikasiya şəhadətnamələrini və mövcud əlavə peşə sertifikatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Vəzifə öhdəlikləri
- Dəniz platformasında çalışan əməkdaşlara ilkin və təcili tibbi yardım göstərilməsi;
- Kəskin koronar sindrom, ürək dayanması, tənəffüs çatışmazlığı, travmalar, yanıqlar və digər təxirəsalınmaz hallarda ilkin qiymətləndirmə və səlahiyyətləri çərçivəsində müdaxilə;
- CPR, AED və oksigen terapiyası üzrə müvafiq protokolların tətbiqi;
- Pasiyentlərin həyati göstəricilərinin monitorinqi və vəziyyətlərinin dinamik qiymətləndirilməsi;
- Təcili tibbi təxliyə (MEDEVAC) zamanı pasiyentin stabilləşdirilməsi və təxliyəyə hazırlanması;
- Tibbi məntəqədə dərman vasitələrinin, tibbi avadanlıqların və təcili yardım çantalarının daim istifadəyə hazır saxlanılması;
- Tibbi müraciətlərin, görülmüş müdaxilələrin və gündəlik fəaliyyətin sənədləşdirilməsi;
- İstehsalatda sağlamlıq və təhlükəsizlik (HSE) qaydalarına riayət edilməsi, fövqəladə hallara hazırlıq tədbirlərində iştirak.
Üstünlük veriləcək əlavə kvalifikasiyalar
- Offshore və ya sənaye təbabəti sahəsində iş təcrübəsi;
- BLS, ACLS və ya digər beynəlxalq təcili tibbi yardım təlimləri üzrə qüvvədə olan sertifikatlar;
- BOSIET və müvafiq dəniz təhlükəsizliyi təlimləri üzrə sertifikatlar;
MediClub haqqında
- Aktiv vakansiya
- 1
- Son 6 ayda
- 4
- Əsas şəhər
- Bakı
MediClub vakansiyaları: hazırda GoJob-da şirkətin yalnız bu elanı aktivdir. Son 6 ayda MediClub şirkətində iş üçün 4 vakansiya dərc olunub. MediClub işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
MediClub: bütün vakansiyalar (1)«Feldşer / Offshore Paramedic» vakansiyası haqqında suallar
MediClub hansı şərtləri təklif edir?
- Dəniz platformasında rotasiya prinsipi əsasındanövbəli iş rejimi;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Əməkhaqqı və digər təminatlar müsahibə zamanı müzakirə olunacaq.
Bu vəzifədə nə iş görəcəksiniz?
- Dəniz platformasında çalışan əməkdaşlara ilkin və təcili tibbi yardım göstərilməsi;
- Kəskin koronar sindrom, ürək dayanması, tənəffüs çatışmazlığı, travmalar, yanıqlar və digər təxirəsalınmaz hallarda ilkin qiymətləndirmə və səlahiyyətləri çərçivəsində müdaxilə;
- CPR, AED və oksigen terapiyası üzrə müvafiq protokolların tətbiqi;
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat; növbəli.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı, Səbail.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.