Əsas məzmuna keç
GoJob

Fiziki təhlükəsizlik üzrə mühəndis

Bestcomp GroupBakıda fiziki təhlükəsizlik üzrə mühəndis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 sentyabr 2026
Son müraciət tarixi
28 oktyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Bestcomp Group Bakıda «Fiziki təhlükəsizlik üzrə mühəndis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə və öhdəliklər

  • Fiziki təhlükəsizlik sistemlərinin fasiləsiz və düzgün işləməsinə nəzarət etmək;
  • CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya sistemlərində yaranan nasazlıqları müəyyənləşdirmək və aradan qaldırmaq;
  • Giriş kartları və giriş hüquqları ilə bağlı sorğuları icra etmək;
  • Sistemlərin quraşdırılması, yenilənməsi və yenidən qurulması işlərində iştirak etmək;
  • Görülən işlər və texniki problemlər üzrə qeydlər aparmaq.

Tələblər

  • Təhsil: İnformasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili.
  • Təcrübə: CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya sistemlərinin quraşdırılması və ya texniki dəstəyi üzrə ən azı 1 il iş təcrübəsi.

Texniki bacarıqlar:

  • Təhlükəsizlik sistemləri üzrə biliklər: CCTV (videomüşahidə), ACS (Girişə nəzarət), Domofon, Turniket, Yanğın/Mühafizə siqnalizasiyası və digər sistemlərin qurulması və iş prinsiplərini bilmək;
  • Vendor təcrübəsi: Dahua, Hikvision, Hiwatch, ZKTeco kimi aparıcı brendlərin avadanlıqları və proqram təminatları (CMS/VMS) ilə işləmək;
  • Texniki dəstək: Sistemlərdə baş verən texniki nasazlıqları diaqnostika etmək və aradan qaldırmaq;
  • İstifadəçi idarəetməsi: Giriş kartlarının proqramlaşdırılması, istifadəçilərin sistemdə qeydiyyatı və giriş hüquqlarının tənzimlənməsi;
  • Şəbəkə bilikləri: IP ünvanlama, şəbəkə avadanlıqlarının sazlanması və IP şəbəkələri üzrə bazis biliklərə malik olmaq.

Səriştələr:

  • Problemləri təhlil etmək və həll yolu tapmaq; 
  • Məsuliyyətli və diqqətli olmaq; 
  • Texniki sorğulara operativ reaksiya vermək; 
  • Komandada işləmək və ünsiyyət qurmaq; 
  • İşləri planlaşdırmaq və prioritetləşdirmək.

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bestcomp Group şirkətinin digər vakansiyaları

Bestcomp Group vakansiyaları