Leading Full-Stack Developer (AI)
Kontakt HomeBakıda full stack developer vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 24 sentyabr 2026
- Son müraciət tarixi
- 24 oktyabr 2026
- Kateqoriya
- İnformasiya Texnologiyaları
Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar
Vakansiya haqqında
Kontakt Home Bakıda full stack developer axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Biz, innovativ süni intellekt məhsullarını inkişaf etdirən dinamik və təcrübəli Fullstack AI Developer axtarırıq. Bu rolda siz, mürəkkəb süni intellekt modellərini (LLM, RAG sistemləri, agentlər) real istifadəçi interfeyslərinə inteqrasiya edərək, sıfırdan hazır proqram məhsulları (end-to-end) ərsəyə gətirəcəksiniz.
- Biznes tələblərinin texniki tapşırıqlara (architecture design) çevrilməsi və digər departamentlərlə texniki məsləhətçi kimi qarşılıqlı fəaliyyətin aparılması;
- AI alətləri və biznes məntiqi ilə problemsiz işləyən güclü backend arxitekturasının dizaynı və idarə edilməsi;
- Kod keyfiyyətinin, təhlükəsizliyinin və performansının artırılması məqsədilə kod analizi (code review) və testləşdirmə proseslərinin idarə edilməsi;
- Yeni texnologiyaların, frameworkların araşdırılması və layihələrə tətbiq olunma imkanlarının qiymətləndirilməsi;
- OpenAI (GPT), Google (Gemini) , Anthropic (Claude), Llama kimi böyük dil modellərinin (LLM) API-lar vasitəsilə tətbiqə inteqrasiya olunması;
- Cloud əsaslı sistemlərin lokal (on-premise) mühitə köçürülməsi və infrastrukturun buna uyğun tənzimlənməsi;
- Sistemlərin inteqrasiyası, API dizaynı, məlumat təhlükəsizliyi və performans optimallaşdırılması üzrə strateji qərarların qəbul edilməsi;
- Layihə üzrə texniki sənədləşmələrin hazırlanması və analitik hesabatlılığın aparılması.