Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis

Eden Agro MMCBakıda geodeziya və xəritələşdirmə üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
25 noyabr 2026
Baxış
643
Müraciət
51
Son müraciət tarixi
25 dekabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları

Vakansiya haqqında

Eden Agro MMC Bakıda «Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Vakansiyada 23 vəzifə göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: EDN - Əməliyyatlar departamenti
  • Birbaşa rəhbər: Aqronomiya əməliyyatları üzrə direktor 
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
  • Peşəkar və liderlik inkişaf proqramları
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Vəzifə öhdəlikləri

  • GNSS/GPS/RTK və digər geodeziya avadanlıqları vasitəsilə əkin və torpaq sahələrinin ölçülməsini həyata keçirmək;
  • Torpaq sahələrinin faktiki sərhədlərini, koordinatlarını və sahə ölçülərini müəyyən etmək;
  • Ölçmə nəticələri əsasında elektron xəritələr, sahə konturları və koordinat cədvəlləri hazırlamaq;
  • Əkin sahələrinin EKTİS bəyannamələrinin tələblərinə uyğun xəritələşdirilməsini və bölgüsünü həyata keçirmək;
  • Ölçmə nəticələrini mövcud kadastr məlumatları və torpaq sənədləri ilə müqayisə etmək, sərhəd fərqlərini, üst-üstə düşmələri və ehtimal olunan zəbt hallarını müəyyənləşdirmək;
  • Yeni aqropark layihələri üzrə geodeziya ölçmələrini və xəritələşdirmə işlərini həyata keçirmək;
  • Ölçmə və xəritələşdirmə məlumatlarının düzgünlüyünü yoxlamaq, uyğunsuzluqları araşdırmaq və zərurət yarandıqda təkrar ölçmələr aparmaq;
  • Görülmüş işlər üzrə müvafiq hesabatları, elektron xəritələri və koordinat fayllarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək.

Vəzifə tələbləri:

  • Geodeziya, topoqrafiya, kartoqrafiya, geomatika, torpaq kadastrı və ya digər əlaqəli ixtisas üzrə təhsil;
  • Geodeziya ölçmələri, koordinat sistemləri, xəritə miqyası və sahə hesablamaları üzrə biliklər;
  • GNSS/GPS/RTK avadanlığı və ya elektron taxeometrlə ölçmə aparmaq və ölçmə məlumatlarını emal üçün ixrac etmək bacarığı;
  • QGIS, AutoCAD və ya digər xəritələşdirmə proqramlarından istifadə üzrə baza bacarıqlarının olması üstünlükdür;
  • Torpaq sənədlərini və kadastr planlarını oxumaq, faktiki ölçmə nəticələri ilə müqayisə etmək və uyğunsuzluqları müəyyənləşdirmək bacarığı;
  • EKTİS və aqrar sahələrin xəritələşdirilməsi üzrə təcrübənin olması üstünlükdür;
  • Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və ünsiyyət bacarıqları;
  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Açıq ərazidə sahə işləri aparmağa hazırlıq.
  • MS PowerPoint və digər MS Office proqramlarından istifadə bacarığı; 
  • Məlumatları sistemləşdirmək və detallara diqqət yetirmək bacarığı; 
  • Məntiqi düşünmə və problem həll etmə bacarığı; 
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; 
  • Məsuliyyətlilik, dəqiqlik və öyrənməyə həvəs; 
  • Azərbaycan dili biliyi; rus və ya ingilis dili biliyi üstünlükdür.

Eden Agro MMC haqqında

Aktiv vakansiya
1
Son 6 ayda
8
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • auditor
  • insan resursları üzrə mütəxəssis
  • satış mütəxəssisi

Eden Agro MMC vakansiyaları: hazırda GoJob-da şirkətin yalnız bu elanı aktivdir. Şirkət əsasən auditor, insan resursları üzrə mütəxəssis və satış mütəxəssisi vəzifələrinə işçi axtarır. Son 6 ayda Eden Agro MMC şirkətində iş üçün 8 vakansiya dərc olunub. Eden Agro MMC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Eden Agro MMC: bütün vakansiyalar (1)

«Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis» vakansiyası haqqında suallar

Eden Agro MMC hansı şərtləri təklif edir?

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: EDN - Əməliyyatlar departamenti
  • Birbaşa rəhbər: Aqronomiya əməliyyatları üzrə direktor

Hamısı: «İş şəraiti»

Bu vəzifədə nə iş görəcəksiniz?

  • GNSS/GPS/RTK və digər geodeziya avadanlıqları vasitəsilə əkin və torpaq sahələrinin ölçülməsini həyata keçirmək;
  • Torpaq sahələrinin faktiki sərhədlərini, koordinatlarını və sahə ölçülərini müəyyən etmək;
  • Ölçmə nəticələri əsasında elektron xəritələr, sahə konturları və koordinat cədvəlləri hazırlamaq;

Hamısı: «Vəzifə öhdəlikləri»

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat; iş saatları: 09:00–18:00.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.