Havalandırma və Tüstüsovurma Sistemləri üzrə Texniki Mütəxəssis
KristalBakıda havalandırma və tüstüsovurma sistemləri üzrə texniki mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Nəsimi
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 27 oktyabr 2026
- Son müraciət tarixi
- 26 noyabr 2026
- Kateqoriya
- Mühəndislik
Vakansiya haqqında
Kristal Bakının Nəsimi rayonunda «Havalandırma və Tüstüsovurma Sistemləri üzrə Texniki Mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Tələblər:
- Müvafiq texniki sahə üzrə təhsil;
- Havalandırma və tüstüsovurma sistemləri üzrə texniki biliklər;
- Elektrik, mexaniki avadanlıqlar və avtomatika sistemləri barədə biliklər;
- Tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
- Obyektlərdə mütəmadi sahə yoxlamaları aparmağa hazır olmaq;
- Məsuliyyətli, diqqətli, tələbkar və operativ olmaq;
- Aşkar edilmiş risk və nöqsanları düzgün qiymətləndirmək və onların aradan qaldırılmasını izləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Havalandırma və tüstüsovurma sistemlərinin düzgün və fasiləsiz işləməsinə nəzarət etmək;
- Sistemlərin texniki baxışını, profilaktik xidmətini və təmir işlərini həyata keçirmək;
- Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- Ventilyatorların, mühərriklərin, hava kanallarının, klapanların və avtomatika sistemlərinin işini yoxlamaq;
- Planlı texniki xidmət işlərini təşkil etmək və icrasına nəzarət etmək;
- Avadanlıqların texniki vəziyyəti barədə hesabatlar hazırlamaq.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri və şirkətin layihələri;
- Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Yanğın, Havalandırma və Tüstüsovurma Sistemləri üzrə Texniki Mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır