Həcmlərə nəzarət üzrə mühəndis
Avant ConstructionBakıda həcmlərə nəzarət üzrə mühəndis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 26 noyabr 2026
- Baxış
- 668
- Müraciət
- 54
- Son müraciət tarixi
- 26 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları
Vakansiya haqqında
Avant Construction Bakıda «Həcmlərə nəzarət üzrə mühəndis» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Vakansiyada 18 vəzifə və 13 tələb göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.
Tələblər
- Ali texniki təhsil (inşaat mühəndisliyi üstünlük təşkil edir)
- Tikinti sahəsində həcm ölçmə (QS) üzrə ən azı 3 il iş təcrübəsinə malik olmaq.
- Forma-2-nin hazırlanması və ya yoxlanılması üzrə təcrübəyə malik olmaq (məcburi).
- Azərbaycan dilini mükəmməl bilmək (məcburi).
- Rus və ya ingilis dilini bilmək üstünlükdür.
- MS Excel proqramını qabaqcıl səviyyədə bilmək.
- AutoCAD proqramından ölçmə səviyyəsində istifadə etmək.
- ERP sistemləri ilə işləmək bacarığına malik olmaq.
- CostX və ya analoji Take-off proqramı ilə işləmək bacarığına malik olmaq üstünlükdür.
- RICS sertifikatına malik olmaq üstünlükdür.
Əlavə məlumat:
- İş qrafiki: 6/1,
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri- Afiyəddin Cəlilov küçəsi
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Həcmlərə nəzarət üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Vəzifə öhdəlikləri
- Təsdiqlənmiş çertyojlar (Issued for Construction) əsasında iş paketləri üzrə həcmləri hesablamaq (Take-off), BOQ ilə uzlaşdırmaq və uyğunsuzluqları Layihə Rəhbərinə və Lead Cost Control-a bildirmək.
- Sahədə icra olunmuş işlərin həcmlərini podratçı nümayəndəsi ilə birgə ölçmək və ölçmə aktlarını tərtib etmək.
- Gizli işlərin həcmlərini örtülməzdən əvvəl ölçmək və sənədləşdirmək (gizli işlər aktı, foto, geodeziya ölçmələri).
- Podratçıların Forma-2-lərini sahə səviyyəsində yoxlamaq, həcmləri ölçmə aktları, çertyojlar, kumulyativ icra və müqavilə BOQ-u ilə müqayisə etmək.
- Vizalanmış Forma-2-ni Layihə Rəhbərinin razılaşdırması ilə mərkəzi yoxlama üçün Cost Controller (Contractors)-a təqdim etmək.
- Açıq NCR-i olan və ya qəbul edilməmiş işlərin Forma-2-yə daxil edilməməsini QA/QC-nin açıq NCR siyahısı əsasında təmin etmək.
- Sifarişçiyə təqdim olunacaq Forma-2/IPC üçün icra olunmuş həcmləri hazırlamaq və həcmlərin sifarişçinin texniki nəzarəti ilə razılaşdırılmasında Cost Controller (Clients) ilə birlikdə iştirak etmək.
- Podratçılara verilən materialların uçotunu aparmaq (verilən, istifadə olunan, qalıq), faktiki sərfiyyatı norma ilə müqayisə etmək və artıq sərfiyyatı tutulma (Back-charge) üçün bildirmək.
- Həcm dəyişikliklərini (layihə reviziyası, sahə göstərişi, əlavə işlər) aşkarlamaq, həcm fərqini hesablamaq və sahə sübutları ilə birlikdə Dəyişikliklər Reyestrinə (MOC) daxil edilməsi üçün layihənin xərc qrupuna təqdim etmək.
- BOQ maddələri üzrə kumulyativ həcm reyestrini aparmaq: layihə həcmi, icra olunmuş, ödənilmiş və qalıq həcm.
- Faktiki icra həcmlərini proqres ölçməsi üçün Planlama Mühəndisinə həftəlik təqdim etmək.
- Lead Cost Control tərəfindən müəyyən edilmiş vahid ölçmə qaydalarını və şablonları tətbiq etmək, metodoloji məsələlər üzrə Lead Cost Control ilə əlaqə saxlamaq.
- Sahə Rəisi, İnşaat Mühəndisləri və geodeziya qrupu ilə icra həcmlərini və geodeziya ölçmələrini (qazıntı, torpaq işləri, beton həcmləri) uzlaşdırmaq.
- Layihə Memarı və sahə dizayn qrupu ilə tamamlama və fasad işlərinin həcmlərini dəqiqləşdirmək.
- VO və Claim-lər üçün həcm hesablamalarını və sahə sübutlarını Layihə Rəhbəri vasitəsilə Commercial bölməsinə hazırlamaq.
- Təhvil mərhələsində podratçılarla yekun həcmlərin (Final Account) hazırlanmasında iştirak etmək.
- Layihə Rəhbərinə həftəlik həcm və Forma-2 statusunu təqdim etmək.
- Layihə Rəhbərinə və layihənin xərc qrupuna aylıq icra olunmuş həcmlər, həcm dəyişiklikləri və material uçotu üzrə icmal təqdim etmək.
Avant Construction şirkətinin digər vakansiyaları
Bakıda müqavilələr üzrə mütəxəssis vakansiyasıAvant Construction, Bakı
Bakıda texnologiyaları şöbəsinin rəhbəri vakansiyasıAvant Construction, Bakı
Bakıda satınalma departamentinin direktoru vakansiyasıAvant Construction, Bakı
Bakıda smetaçı vakansiyasıAvant Construction, Bakı
Avant Construction haqqında
- Aktiv vakansiya
- 13
- Son 6 ayda
- 28
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- smetaçı
- planlama mühəndisi
- vergi üzrə mütəxəssis
- administrator
- müqavilələr üzrə mütəxəssis
Avant Construction vakansiyaları: hazırda GoJob-da 13 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən smetaçı, planlama mühəndisi, vergi üzrə mütəxəssis, administrator və müqavilələr üzrə mütəxəssis vəzifələrinə işçi axtarır. Son 6 ayda Avant Construction şirkətində iş üçün 28 vakansiya dərc olunub. Avant Construction vakansiyalarında maaş adətən 1 150–3 350 AZN arasındadır. Avant Construction işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Avant Construction: bütün vakansiyalar (13)«Həcmlərə nəzarət üzrə mühəndis» vakansiyası haqqında suallar
Avant Construction namizəddən nə tələb edir?
- Ali texniki təhsil (inşaat mühəndisliyi üstünlük təşkil edir)
- Tikinti sahəsində həcm ölçmə (QS) üzrə ən azı 3 il iş təcrübəsinə malik olmaq.
- Forma-2-nin hazırlanması və ya yoxlanılması üzrə təcrübəyə malik olmaq (məcburi).
Bu vəzifədə nə iş görəcəksiniz?
- Təsdiqlənmiş çertyojlar (Issued for Construction) əsasında iş paketləri üzrə həcmləri hesablamaq (Take-off), BOQ ilə uzlaşdırmaq və uyğunsuzluqları Layihə Rəhbərinə və Lead Cost Control-a bildirmək.
- Sahədə icra olunmuş işlərin həcmlərini podratçı nümayəndəsi ilə birgə ölçmək və ölçmə aktlarını tərtib etmək.
- Gizli işlərin həcmlərini örtülməzdən əvvəl ölçmək və sənədləşdirmək (gizli işlər aktı, foto, geodeziya ölçmələri).
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat; iş günləri: 6/1.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.