Əsas məzmuna keç
GoJob

Hostess

Mercure Hotels Baku CityBakıda hostes vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 noyabr 2026
Son müraciət tarixi
12 dekabr 2026

Bakı şəhərində Restoran və Kafe üzrə vakansiyalar

Vakansiya haqqında

Mercure Hotels Baku City Bakıda hostes axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Restorana daxil olan qonaqları gülərüz və nəzakətlə qarşılamaq;
  • Qonaqları masalara yönləndirmək və uyğun yerləşdirməni təmin etmək;
  • Rezervasiyaları qəbul etmək, qeydiyyata almaq və izləmək;
  • Restoranda masa doluluğuna və qonaqların yerləşdirilməsinə nəzarət etmək;
  • Qonaqların xüsusi istək və müraciətlərini dinləmək, müvafiq əməkdaşlara yönləndirmək;
  • Qonaqların məmnuniyyətini təmin etmək və yüksək xidmət standartlarına riayət etmək;
  • Restoranın ümumi səliqə və nizamına diqqət yetirmək;
  • Restoran komandası ilə koordinasiyalı şəkildə çalışmaq.

Namizədə tələblər:

  • Otel və ya restoran sahəsində müvafiq iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı;
  • İngilis dili biliyi mütləqdir, rus dili biliyi üstünlükdür;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Səliqəli xarici görünüş və nəzakətli davranış;
  • Qonaqpərvərlik və xidmət yönümlü yanaşma;
  • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
  • Növbəli iş qrafikində işləmək imkanı.

İş şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik kollektivdə işləmək imkanı;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • İşçilər üçün nahar təminatı;
  • Beynəlxalq otel şəbəkəsində təcrübə qazanmaq imkanı.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Hostess” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Mercure Hotels Baku City şirkətinin digər vakansiyaları

Mercure Hotels Baku City vakansiyaları