Əsas məzmuna keç
GoJob

Hostess

Iris Hotel BakuBakıda hostes vakansiyası

Maaş: 400 ₼-dən / ay

Yerləşmə
Bakı, Nəsimi
İş formatı
Ofisdən
Məşğulluq növü
Yarım ştat
Dərc olunub
31 avqust 2026
Son müraciət tarixi
30 sentyabr 2026

Bakı şəhərində Restoran və Kafe üzrə vakansiyalar

Vakansiya haqqında

Iris Hotel Baku Bakının Nəsimi rayonunda hostes axtarır. Yarımştat, maaş 400 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Bakı şəhəri, Iris Lounge

Əsas öhdəliklər:

  • Qonaqları nəzakətlə qarşılamaq və xoş, qonaqpərvər mühit yaratmaq;
  • Rezervasiyaları idarə etmək, qonaqların xüsusi istəklərini öyrənmək və bu barədə xidmət və mətbəx heyətini vaxtında məlumatlandırmaq;
  • Böyük qruplar və xüsusi tədbirlər üçün rezervasiyaların düzgün planlaşdırılmasını və təşkilini həyata keçirmək;
  • Qonaqları uyğun masalara yönləndirmək, menyu, kampaniyalar və dəyişikliklər barədə məlumat vermək;
  • Qida və içki menyusu haqqında məlumatlı olmaq, lazım olduqda qonaqlara ətraflı izah təqdim etmək;
  • Qonaqlarla ünsiyyət quraraq onların məmnunluq səviyyəsini izləmək, şikayətləri operativ və peşəkar şəkildə həll etmək;

​​​​​​​Vəzifə üzrə əsas tələblər:

  • Yüksək ünsiyyət bacarıqları və nəzakətli davranış;
  • Səliqəli xarici görünüş və təqdimat bacarığı;
  • Komandada işləmək və stresli vəziyyətlərdə operativ qərar vermək bacarığı;
  • İngilis dilini ünsiyyət səviyyəsində bilmək mütləqdir, rus dilini bilmək isə üstünlükdür.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Iris Hotel Baku
  • İş qrafiki: Part-time
  • Əmək haqqı: 400 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Hostess” başlığı ilə göndərə bilərlər.

Iris Hotel Baku şirkətinin digər vakansiyaları

Iris Hotel Baku vakansiyaları