Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

HR menecer

RS Global MMCBakıda HR meneceri vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 oktyabr 2026
Baxış
702
Müraciət
59
Son müraciət tarixi
19 noyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə iş elanları

Vakansiya haqqında

RS Global MMC Bakıda HR meneceri axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

RS Global şirkəti komandamıza qoşulacaq, insan resursları proseslərini idarə edə bilən, məsuliyyətli və ünsiyyət bacarıqları yüksək HR menecer axtarır.

Namizədə dair tələblər

  • Rus dilini yaxşı səviyyədə bilmək — mütləqdir;
  • İngilis dili biliyi arzuolunandır;
  • Ünsiyyət və müsahibə aparmaq bacarığı;
  • Məsuliyyətli, intizamlı və təşəbbüskar olmaq;
  • İşləri planlaşdırmaq və bir neçə prosesi koordinasiya etmək bacarığı;
  • Komanda ilə işləmək və operativ qərar vermək bacarığı;
  • İnsan resursları sahəsində bilik və ya təcrübə üstünlükdür.

Əsas vəzifə öhdəlikləri

  • İşə qəbul prosesini idarə etmək: vakansiyaları yerləşdirmək, CV-ləri nəzərdən keçirmək və namizədlərlə müsahibələr təşkil etmək;
  • Yeni əməkdaşların işə uyğunlaşması (onboarding) prosesini koordinasiya etmək;
  • Əməkdaşların şəxsi işləri və HR sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;
  • Məzuniyyət, davamiyyət və iş qrafikləri ilə bağlı prosesləri izləmək;
  • Əməkdaşlarla bağlı gündəlik müraciət və məsələləri idarə etmək;
  • Rəhbərliklə əməkdaşlıq edərək HR proseslərini təkmilləşdirmək və verilən tapşırıqları vaxtında icra etmək.

Təklif edirik

  • 1000 AZN əməkhaqqı;
  • Peşəkar və işgüzar mühit;
  • İş bacarıqlarına uyğun inkişaf imkanı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün +994 99 888 60 61 nömrəsi ilə əlaqə saxlayın.

RS Global — Birlikdə daha böyük hədəflərə.

RS Global MMC şirkətinin digər vakansiyaları

RS Global MMC vakansiyaları