Əsas məzmuna keç
GoJob

Hüquqşünas

AZROKSANBakıda hüquqşünas vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
6 noyabr 2026
Son müraciət tarixi
6 dekabr 2026
Kateqoriya
Hüquq

Bakı şəhərində Hüquq üzrə vakansiyalar

Vakansiya haqqında

AZROKSAN Bakıda hüquqşünas axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş haqqında:

  • Şirkətin hüquqi fəaliyyətinin təmin edilməsi, müqavilə və korporativ sənədlərin hazırlanması və hüquqi ekspertizasının aparılması, hüquqi məsləhətlərin verilməsi, qanunvericiliyə uyğunluğun təmin edilməsi, hüquqi risklərin idarə olunması və mübahisələrin həllində iştirak edəcək, korporativ hüquq sahəsində fəaliyyət göstərəcək hüquqşünas axtarılır.

Əsas vəzifələr:

  • Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
  • Şirkətin fəaliyyətindən irəli gələn hüquqi məsələlər üzrə rəy və məsləhətlərin verilməsi;
  • Korporativ sənədlərin (qərarlar, protokollar, etibarnamələr, nizamnamələr və s.) hazırlanması;
  • Dövlət orqanları və digər təşkilatlarla hüquqi yazışmaların aparılması;
  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyə uyğunluğunun təmin edilməsində iştirak;
  • Hüquqi risklərin müəyyən edilməsi və minimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Mübahisələrin məhkəməyədək həlli prosesində iştirak.

Tələblər:

  • Hüquq üzrə ali təhsil;
  • Korporativ hüquq, müqavilə hüququ və ya kommersiya hüququ sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • Azərbaycan və İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (zəruridir);
  • Analitik düşünmə, məsuliyyətlilik və detallara diqqət.
  • Korporativ idarəetmə sahəsində təcrübəsi olan;
  • Müqavilələrin hazırlanması və danışıqların aparılması üzrə praktiki bacarıqlara malik;
  • MS Office proqramlarında sərbəst işləmək.

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Hüquqşünas” qeyd etməlidirlər.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

AZROKSAN şirkətinin digər vakansiyaları

AZROKSAN vakansiyaları