Əsas məzmuna keç
GoJob

Hüquqşünas

FinexKredit BOKTBakıda hüquqşünas vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 sentyabr 2026
Son müraciət tarixi
29 oktyabr 2026
Kateqoriya
Hüquq

Bakı şəhərində Hüquq üzrə vakansiyalar

Vakansiya haqqında

FinexKredit BOKT Bakıda hüquqşünas axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə dair tələblər

  • Hüquq təhsili olmalı
  • Az.Res Qanunvericiliyini (Mülki Məcəllə, Əmək Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, Maliyyə bazarları sahəsinə aid olan qanunlar, Qiymətli Kağızlar Bazarı haqqında Qanun, və s.) bilmək, 
  • Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
  • Yaş: 25-30
  • İş təcrübəsi: minimum 1 il
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və ingilis dili (yaxşı səviyyədə) 
  • Komanda ilə işləmək bacarığı
  • Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti,
  • Diqqətli və Operativ olması
  • Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı

İş barədə məlumat

  • Təşkilatın maraqlarının qorunması məqsədilə verilmiş etibarnaməyə əsasən onun adından məhkəmədə, digər orqan və təşkilatlarda təmsil etmək;
  • İddia ərizələrinin, vəsatət, şikayət və sənədlərin tərtib edilməsi;
  • Təsis və dəyişikliklər üzrə sənədlərlə işlər aparmaq; 
  • Daxili prosedurların, qaydaların, təlimatların və s., hazırlanmasında iştirak etmək və təkmilləşdirilməsi məqsədi ilə rəy və təkliflər vermək; 
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmək. 

Əmək haqqı

  • Razılaşma yolu ilə.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Hüquqşünas” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

FinexKredit BOKT şirkətinin digər vakansiyaları

FinexKredit BOKT vakansiyaları