Əsas məzmuna keç
GoJob

Hüquqşünas

AZCD GroupBakıda hüquqşünas vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
7 oktyabr 2026
Son müraciət tarixi
6 noyabr 2026
Kateqoriya
Hüquq

Bakı şəhərində Hüquq üzrə vakansiyalar

Vakansiya haqqında

AZCD Group Bakıda hüquqşünas axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Hüquqi sənədləri hazırlayır və onların qanunvericiliyə uyğunluğunu yoxlayır, hüquqi məsləhətlər verir, müqavilələri təhlil edir, hüquqi riskləri qiymətləndirir və qarşısını almaq üçün tədbirlər təklif edir.

Vəzifə öhdəlikləri:

  • Tikinti prossesində tələb olunan icazələrin alınması prossesini təşkil və nəzarət edilməsi. Bununla bağlı ərizələrin, məktubların və digər bütün növ hüquqi ekspertiza tələb edən sənədlərin tərtib edilməsini və ya nəzərdən keçirilməsini təmin etmək;
  • Sənədlərin bütün dövlət qurumları ilə razılaşdırmaq;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmaların aparılması;
  • Müqavilələri tərtib edilməsi və ya hüquqi ekspertizasından keçirilməsi
  • Tikinti prossesinə cəlb edilmiş bütün şəxslərlə koordinasiya işi
  • E-tikinti portalı üzərində sənədlərin yüklənməsi və izlənməsi
  • Rəhbərlik tərəfindən qoyulan digər tapşırıqları tələb edilən qaydada icra etmək.

Tələblər:

  • Ali təhsil (Hüquq sahəsində);
  • Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
  • Mülki, əmək, inzibati qanunvericiliyi sahəsində biliklər;  
  • Müvafiq sahədə min 2 il təcrübə;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • MS Office proqramlarını yaxşı bilmək.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

AZCD Group şirkətinin digər vakansiyaları

AZCD Group vakansiyaları