Əsas məzmuna keç
GoJob

Korporativ hüquqşünas

FrazexBakıda hüquqşünas vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 sentyabr 2026
Son müraciət tarixi
30 oktyabr 2026
Kateqoriya
Hüquq

Bakı şəhərində Hüquq üzrə vakansiyalar

Vakansiya haqqında

Frazex Bakıda hüquqşünas axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilər, tərəfdaşlar və xidmət təminatçıları ilə müqavilələrin hazırlanması və tərtib edilməsi.
  • Şirkətin maraqlarına uyğun olaraq müxtəlif növ müqavilələrin hazırlanması və razılaşdırılması.
  • Müqavilə şərtlərinin təhlili, hüquqi risklərin müəyyən edilməsi və onların minimuma endirilməsi ilə bağlı təkliflərin hazırlanması.
  • Şirkətin fəaliyyəti üçün zəruri olan hüquqi sənədlərin, məktubların, sazişlərin, etibarnamələrin və digər sənədlərin hazırlanması.
  • Rəhbərliyin və əməkdaşların cari hüquqi məsələlərlə bağlı məsləhətləndirilməsi.

Namizədə tələblər:

  • Ali hüquq təhsili.
  • Hüquq sahəsində 3 ilədək iş təcrübəsi.
  • Müqavilələrin hazırlanması, yoxlanılması və razılaşdırılması üzrə praktiki təcrübə.
  • Mülki və korporativ hüquq sahəsində yaxşı bilik.
  • Hüquqi təhlil və sənədlərlə işləmək bacarığı.
  • Yaxşı kommunikasiya bacarıqları, işgüzar yazışmaların aparılması və danışıqların həyata keçirilməsi bacarığı.
  • Azərbaycan və rus dillərini bilmək arzuolunandır.

İş şəraiti:

  • Beşgünlük iş həftəsi : 10:00–18:00.
  • İş yeri: Bakı, Babək Plaza.
  • Əmək haqqı: 1500 AZN net.

Vakansiyaya müraciət etmək üçün CV-nizi “Korporativ hüquqşünas” vəzifəsinin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Frazex şirkətinin digər vakansiyaları

Frazex vakansiyaları