Əsas məzmuna keç
GoJob

Baş hüquqşünas

STP / Sumqayıt Texnologiyalar Parkı MMCSumqayıtda hüquqşünas vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Sumqayıt
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
2 oktyabr 2026
Son müraciət tarixi
1 noyabr 2026
Kateqoriya
Hüquq

Vakansiya haqqında

STP / Sumqayıt Texnologiyalar Parkı MMC Sumqayıtda hüquqşünas axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə olan tələblər:

  • Bölmə Meneceri və Departament direktoru tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək.

Ümumi vəzifə öhdəlikləri:

  • Cəmiyyətin maraqlarını dövlət, prokurorluq, hüquq-mühafizə, təhqiqat, istintaq, vergi, gömrük, daxili işlər orqanları, habelə məhkəmələr və mediasiya təşkilatlarında təmsil etmək və qanuni mənafelərini müdafiə etmək;
  • Pretenziya, iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti, barışıq sazişi, etiraz, vəsatət, mülahizə habelə arayış, hüquqi rəy, məktub, təqdimat, yazılı müraciət, sorğu, ərizə, şikayət və digər sənədləri tərtib etmək və imzalamaq;
  • İcra işlərinin təmin edilməsi məqsədi ilə icra prosesinə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün icra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək;
  • Məhkəmə və icra işlərinin uçotunu, hesabatını aparmaq və bu məlumatları müvafiq olaraq yeniləmək;
  • Borclular tərəfindən ödənişlərin vaxtında və lazımı qaydada yerinə yetirilməsinin təmin edilməsi üçün müvafiq tədbirlər görmək;
  • Bölmənin üzərinə qoyulmuş öhdəliklərin, vəzifələrin və fəaliyyəti üzrə digər məsələlərin icrasına nəzarət etmək və zəruri dəstəyi göstərmək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri mütəmadi izləmək və Qrupun fəaliyyət istiqamətləri üzrə şirkətin struktur bölmələrinə hüquqi məsləhət, eləcə də hüquqi dəstək göstərmək;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər

Oxşar vakansiyalar