Əsas məzmuna keç
GoJob

Korporativ Hüquqşunas

Sirab Satış və Dağıtım MMCXırdalanda hüquqşünas vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026
Kateqoriya
Hüquq

Vakansiya haqqında

Sirab Satış və Dağıtım MMC Xırdalanda hüquqşünas axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri: 

  • Şirkətin gündəlik fəaliyyətinin hüquqi müşayiətini həyata keçirmək;
  • Müqavilələri hazırlamaq, təhlil etmək və hüquqi ekspertizadan keçirmək;
  • Müqavilə öhdəliklərinin icrasına hüquqi nəzarət etmək;
  • Korporativ sənədlərin, qərarların, protokolların və etibarnamələrin hazırlanmasını təmin etmək;
  • Əmək qanunvericiliyi üzrə hüquqi məsləhət və dəstək göstərmək;
  • Dövlət qurumları, məhkəmələr və digər təşkilatlarla hüquqi məsələlər üzrə əlaqələri idarə etmək;
  • Məhkəmədənkənar mübahisələrin həllində şirkətin maraqlarını təmsil etmək;
  • Debitor borcların yığılması və problemli borcların hüquqi qaydada həlli prosesinə dəstək göstərmək;
  • Şirkətin satış, distribusiya, təchizat və kommersiya fəaliyyətindən irəli gələn hüquqi məsələləri tənzimləmək;
  • Hüquqi riskləri müəyyən etmək, onların qarşısının alınması üçün təkliflər hazırlamaq;
  • Qanunvericilikdəki dəyişiklikləri izləmək və aidiyyəti struktur bölmələri məlumatlandırmaq.

Əsas tələblər:

  • Hüquq üzrə ali təhsil;
  • Hüquq sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının mülki, əmək, vergi və kommersiya qanunvericiliyini yaxşı bilmək;
  • Müqavilə hüququ və korporativ hüquq sahəsində praktiki təcrübə;
  • Məhkəmə proseslərində iştirak və hüquqi sənədlərin hazırlanması təcrübəsi;
  • Analitik düşünmə, problem həll etmə və danışıqlar aparmaq bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
  • Rus və ingilis dili bilikləri üstünlükdür;
  • MS Office proqramları ilə işləmək bacarığı.

İş vaxtının norması:

  • 09:00-17:00 / 5 günlük iş həftəsi
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.
  • Yanacaq

İş yeri:

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Sirab Satış və Dağıtım MMC şirkətinin digər vakansiyaları

Sirab Satış və Dağıtım MMC vakansiyaları