Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

İdarə Heyəti üzvünün köməkçisi

PAŞA Həyat SığortaBakıda idarə heyəti üzvünün köməkçisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
7 sentyabr 2026
Baxış
659
Müraciət
55
Son müraciət tarixi
6 dekabr 2026

Bakı şəhərində Maliyyə, Bank və Sığorta üzrə iş elanları

Vakansiya haqqında

PAŞA Həyat Sığorta Bakıda «İdarə Heyəti üzvünün köməkçisi» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

Əsas vəzifə öhdəlikləri:

  • İdarə Heyəti üzvünün (CRO/CFO) iş qrafikinin, görüşlərinin, iclaslarının və gündəlik fəaliyyətinin planlaşdırılması və effektiv koordinasiyasının təmin edilməsi;
  • Görüşlərin və iclasların təşkili, gündəliyin hazırlanması, zəruri materialların əvvəlcədən toplanması və iştirakçılara təqdim edilməsi;
  • İdarə Heyəti üzvünün verdiyi tapşırıqların aidiyyəti struktur bölmələrə yönləndirilməsi, icra müddətlərinin izlənilməsi və nəticələrin rəhbərliyə təqdim edilməsi;
  • İdarə Heyəti üzvünün strateji prioritetləri üzrə əsas fəaliyyətlərin və tapşırıqların icrasının koordinasiyasına dəstək göstərilməsi;
  • Rəhbərlik üçün zəruri məlumat və analitik materialların hazırlanması, aidiyyəti bölmələr üzrə tapşırıqların icrasının izlənilməsi və nəticələrin təqdim edilməsi.
  • Müxtəlif struktur bölmələrindən daxil olan məlumatların konsolidasiya edilməsi, ümumiləşdirilməsi və rəhbərlik üçün strukturlaşdırılmış formada hazırlanması;
  • Rəhbərliyin gündəliyində olan əsas məsələlər, prioritetlər və son icra tarixləri üzrə monitorinqin aparılması və vaxtında məlumatlandırmanın təmin edilməsi;
  • Müxtəlif layihələr və təşəbbüslər üzrə status məlumatlarının hazırlanması və layihələrin icra vəziyyətinin monitorinqinə dəstək göstərilməsi;
  • Zəruri hallarda KPI-lar, əsas biznes göstəriciləri və strateji təşəbbüslər üzrə məlumatların toplanması və rəhbərlik üçün təqdim edilməsi;
  • Daxili və xarici maraqlı tərəflərlə rəsmi yazışmaların, şirkətin struktur bölmələri, rəhbər şəxsləri, tərəfdaşları və digər maraqlı tərəflər arasında operativ kommunikasiya və koordinasiyanın təmin edilməsinə dəstək göstərilməsi;
  • Telefon zənglərinin, e-mail və dəvətlərin qəbul edilməsi, çeşidlənməsi, prioritetləşdirilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
  • Yerli və beynəlxalq səfərlərin, ezamiyyətlərin, görüşlərin və işgüzar tədbirlərin planlaşdırılması və təşkilati dəstəyin göstərilməsi;
  • Rəhbərliyin iştirakı ilə keçirilən korporativ, biznes və strateji tədbirlərin təşkilinin koordinasiya edilməsi;
  • Sənədlərin tərcüməsi, redaktəsi, formatlaşdırılması və məlumatların düzgünlüyünün təmin edilməsi;
  • Şirkətdaxili proseslərdə rəhbər tapşırıqlarının koordinasiyası, icrasının monitorinqi və zəruri hallarda gecikmələr və risklər barədə rəhbərliyin məlumatlandırılması;
  • Prioritet məsələlərin müəyyənləşdirilməsinə, təcili məsələlərin vaxtında rəhbərliyin diqqətinə çatdırılmasına və müvafiq eskalasiyanın həyata keçirilməsinə dəstək göstərilməsi;
  • Rəhbərliyin fəaliyyəti ilə bağlı sənədlərin, məlumatların və digər korporativ resursların sistemli şəkildə idarə olunmasının, məxfi məlumatların, kommersiya sirrinin və korporativ sənədlərin konfidensiallığının qorunmasının təmin edilməsi təmin edilməsi;
  • Vəzifə səlahiyyətləri çərçivəsində rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.

Namizədə olan tələblər:

  • Təhsil: İstənilən sahə üzrə bakalavr dərəcəsi
  • Təcrübə: Administrativ iş, rəhbər köməkçisi və ya icraedici dəstək, layihələrin idarə olunması, insan resusrları sahəsi üzrə vəzifəsində 1–3 il iş təcrübəsi (korporativ mühit üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst yazı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlükdür)
  • Kompüter bilikləri: MS Office (Word, Excel, PowerPoint) proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarıqları
  • Eyni vaxtda bir neçə tapşırığı idarə etmək, prioritetləri düzgün müəyyənləşdirmək bacarığı
  • Yüksək peşəkarlıq, etik davranış, diskresiya və məxfilik prinsiplərinə sadiqlik

Biz nə təklif edirik:

  • Əməkdaşın və ailə üzvlərinin tibbi sığortası;
  • Korporativ Həyat Sığortası (kritik xəstəlikləri əhatə edən sığorta təminatı);
  • Fərdi inkişaf planı çərçivəsində təlim və inkişaf imkanları;
  • Ödənişsiz dayanacaq imkanı;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları;
  • “Dəyərlisən” platforması vasitəsilə güzəşt və endirimlər.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

PAŞA Həyat Sığorta şirkətinin digər vakansiyaları

PAŞA Həyat Sığorta vakansiyaları

PAŞA Həyat Sığorta haqqında

Aktiv vakansiya
5
Son 6 ayda
12
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • data analitik
  • informasiya təhlükəsizliyi üzrə mütəxəssis
  • təcrübəçi

PAŞA Həyat Sığorta vakansiyaları: hazırda GoJob-da 5 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən data analitik, informasiya təhlükəsizliyi üzrə mütəxəssis və təcrübəçi vəzifələrinə işçi axtarır. Son 6 ayda PAŞA Həyat Sığorta şirkətində iş üçün 12 vakansiya dərc olunub. PAŞA Həyat Sığorta işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

PAŞA Həyat Sığorta: bütün vakansiyalar (5)

«İdarə Heyəti üzvünün köməkçisi» vakansiyası haqqında suallar

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.