Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

İdxal üzrə menecer

Balique 2023 LTDBakıda idxal üzrə menecer vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
15 sentyabr 2026
Baxış
640
Müraciət
56
Son müraciət tarixi
14 dekabr 2026

Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları

Vakansiya haqqında

Balique 2023 LTD Bakıda «İdxal üzrə menecer» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş, maaş 1 500 AZN. Vakansiyada 5 tələb göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.

Balique müştərilərinə hər gün təzə və yüksək keyfiyyətli dəniz məhsulları təqdim edən etibarlı dəniz məhsulları marketidir. Şirkət dayanıqlı tədarük prinsiplərinə sadiq qalaraq geniş çeşiddə balıq və digər dəniz məhsulları təklif edir, yüksək xidmət keyfiyyəti və müştəri məmnuniyyətini əsas prioritet hesab edir.

Əmək funksiyaları:

  • Xarici bazarların sistemli və davamlı şəkildə araşdırılmasını həyata keçirmək, yeni və potensial təchizatçıları müəyyən etmək və onların kommersiya imkanlarını qiymətləndirmək.
  • Qida Təhlükəsizliyi agentliyində sənədlərin qeydiyyatının aparılması.
  • Potensial və mövcud təchizatçılarla rəsmi danışıqlar aparmaq, əməkdaşlıq şərtlərini razılaşdırmaq və şirkətin maraqlarını təmin etmək.
  • Təchizatçılardan qiymət təkliflərini toplamaq, onların müqayisəli təhlilini aparmaq və əsaslandırılmış seçim üzrə rəhbərliyə təqdimatlar hazırlamaq.
  • Təchizat müqavilələrinin hazırlanması, razılaşdırılması və bağlanması prosesində iştirak etmək, müqavilə şərtlərinə riayət olunmasına nəzarət etmək.
  • Sifarişlərin vaxtında yerləşdirilməsini təmin etmək və icra prosesinə sistemli nəzarət həyata keçirmək.
  • İdxal prosesinin bütün mərhələlərini (logistika, daşınma, sığorta, gömrük sənədləşməsi və digər əlaqəli prosedurlar) koordinasiya etmək və prosesin qanunvericiliyə uyğun icrasını təmin etmək.
  • Təchizat müddətlərinə və təsdiq edilmiş çatdırılma qrafiklərinə riayət olunmasına nəzarət etmək, mümkün gecikmələrin qarşısını almaq üçün operativ tədbirlər görmək.
  • Ödəniş əməliyyatlarını maliyyə şöbəsi ilə əlaqələndirmək, müqavilə şərtlərinə uyğun olaraq ödənişlərin vaxtında icrasını təmin etmək.
  • Alternativ təchizat kanallarını araşdırmaq, potensial riskləri təhlil etmək və risklərin minimallaşdırılması istiqamətində təkliflər hazırlamaq.
  • Aylıq və rüblük satınalma və idxal fəaliyyətinə dair hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Bazar qiymətlərinin dinamikasını mütəmadi izləmək, analitik təhlillər aparmaq və rəhbərliyə əsaslandırılmış təkliflər vermək.

İş şəraiti

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
  • Karyera inkişaf imkanı
  • Mehriban və peşəkar komanda
  • Əmək haqqı 1500 AZN 

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İdxal üzrə menecer” qeyd olunmalıdır.

Tələblər

  • Ali təsil
  • Azərbaycan və rus və ingilis dillərində səlis danışıq və yazı bacarığı 
  • Ünsiyyət və problem həll etmə bacarığı
  • Stressə davamlılıq və komandada işləmək bacarığı
  • Ofis proqramları ilə işləmə bacarığı

Balique 2023 LTD şirkətinin digər vakansiyaları

Balique 2023 LTD vakansiyaları

Balique 2023 LTD haqqında

Aktiv vakansiya
2
Son 6 ayda
9
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • marketinq meneceri
  • satış mütəxəssisi

Balique 2023 LTD vakansiyaları: hazırda GoJob-da 2 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən marketinq meneceri və satış mütəxəssisi vəzifələrinə işçi axtarır. Son 6 ayda Balique 2023 LTD şirkətində iş üçün 9 vakansiya dərc olunub. Balique 2023 LTD vakansiyalarında maaş adətən 790–1 410 AZN arasındadır. Balique 2023 LTD işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Balique 2023 LTD: bütün vakansiyalar (2)

«İdxal üzrə menecer» vakansiyası haqqında suallar

Balique 2023 LTD hansı şərtləri təklif edir?

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
  • Karyera inkişaf imkanı
  • Mehriban və peşəkar komanda

Hamısı: «İş şəraiti»

Balique 2023 LTD namizəddən nə tələb edir?

  • Ali təsil
  • Azərbaycan və rus və ingilis dillərində səlis danışıq və yazı bacarığı
  • Ünsiyyət və problem həll etmə bacarığı

Hamısı: «Tələblər»

Maaş nə qədərdir?

1.500 ₼-dən / ay.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.