İlməkçi-rigerv
Avrasya Baku İnşaatBakıda ilməkçi-rigerv vakansiyası
Maaş: 1.000 ₼-dən / ay
- Yerləşmə
- Bakı, Nərimanov
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 4 noyabr 2026
- Son müraciət tarixi
- 4 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar
Vakansiya haqqında
Avrasya Baku İnşaat Bakının Nərimanov rayonunda «İlməkçi-rigerv» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Peşə və funksional öhdəliklər:
- Tikintidə yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların daşınması, qaldırılması və quraşdırılması işlərini yerinə yetirmək;
- İşə başlamazdan əvvəl trosların, kəndirlərin, zəncirlərin, ilgəclərin və digər takelaj avadanlıqlarının texniki sazlığını yoxlamaq;
- Yüklərin kütləsi və forması (konfiqurasiyası) əsasında tros, kanat, zəncir və digər xüsusi takelaj ləvazimatlarını seçmək və onların texniki vəziyyətini yoxlamaq;
- Daşınacaq yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların ümumi kütləsini və ağırlıq mərkəzini düzgün müəyyənləşdirmək;
- Yükün çəkisini, ölçülərini və ağırlıq mərkəzini nəzərə alaraq təhlükəsiz daşınma sxemini hazırlamaq;
- Yüklərin düzgün şəkildə bağlanmasını (strop olunmasını) və təhlükəsiz şəkildə açılmasını təmin etmək;
- Daşınma zamanı yük hissələrinin yerindən tərpənməsinin və düşməsinin qarşısını almaq;
- Stropların zədələnməsinin qarşısını almaq üçün iti kənarlı səthlərə xüsusi qoruyucu altlıqlar qoymaq;
- Qeyri-standart, uzunölçülü və iri qabaritli yüklərlə işləyərkən xüsusi qaldırma və sabitləmə metodlarından istifadə etmək;
- Qaldırıcı qurğularla işləyərkən kran operatorları və digər əməkdaşlarla koordinasiyalı fəaliyyət göstərmək, onlara aydın və dəqiq göstərişlər vermək;
- Dar keçidlərdə və mürəkkəb şəraitdə yüklərin və avadanlıqların dəqiq və düzgün yerləşdirilməsini həyata keçirmək;
Namizədə dair tələblər:
- Yaş həddi: 25-55 yaş
- İlməkçi işləmək üçün sertifkatın olması zəruridir
- Müvafiq peşə üzrə iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür);
- Fiziki cəhətdən sağlam və işə davamlı olmaq
- Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
- Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür)
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xətai rayonu.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 1000 manat
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.