Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Hava Limanları İnfrastrukturu İdarəsi/Əsaslı tikinti, inkişaf və texniki təkmilləşdirmə şöbəsi/İnşaat üzrə aparıcı mühəndis

Azerbaijan AirlinesBakıda inşaat mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
BakıHeydar Aliyev International Airport, Baku, Azerbaijan
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
18 noyabr 2026
Baxış
648
Müraciət
52
Son müraciət tarixi
18 dekabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları

Vakansiya haqqında

Azerbaijan Airlines Bakıda inşaat mühəndisi axtarır. Tam ştat, ofisdə iş. Müraciət onlayn, birbaşa işəgötürənə.

Təsvir

  • Tikinti və cari təmir işləri üzrə iş həcmlərini yerində baxış və texniki sənədlər əsasında müəyyən etmək, ölçmə və hesablama işlərini aparmaq;
  • Tikinti və təmir işlərinin mövcud vəziyyətini qiymətləndirmək, aşkar edilmiş qüsur və çatışmazlıqları müəyyənləşdirmək, qüsur aktlarını hazırlamaq;
  • Tikinti işlərinin təsdiq edilmiş layihələrə, texniki şərtlərə, tikinti norma və standartlarına uyğun həyata keçirilməsinə texniki nəzarət etmək;
  • Görülən işlərin keyfiyyətinə, həcminə, istifadə olunan tikinti materiallarının və tətbiq edilən texnologiyaların texniki tələblərə uyğunluğunu yoxlamaq;
  • Layihələr üzrə tikinti və təmir işlərinin planlaşdırılması, təşkili və icrasına nəzarət prosesində iştirak etmək;
  • Podratçı təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki baxımdan qiymətləndirilməsini həyata keçirmək;
  • Aşkar edilmiş qüsur və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
  • Tikinti və təmir işləri üzrə texniki sənədləri, hesabatları, ölçü cədvəllərini və müvafiq aktları hazırlamaq;
  • Müasir inşaat texnologiyalarının və səmərəli texniki həllərin tətbiqi ilə bağlı təkliflər vermək;
  • Tikinti işlərinin müəyyən edilmiş qrafikə, keyfiyyət göstəricilərinə və texniki tələblərə uyğun icrasını təmin etmək;
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Görülmüş işlər, texniki məsələlər və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat və hesabatlar təqdim etmək;
  • Birbaşa rəhbər tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Təhsil: İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: İnşaat, tikinti və ya cari təmir işləri sahəsində minimum 2 il iş təcrübəsi;
  • Tikinti və təmir işlərinin təşkili, iş həcmlərinin hesablanması və qüsur aktlarının hazırlanması üzrə praktiki biliklər;
  • Tikinti norma və standartları, texniki şərtlər, layihə sənədləri və tikinti materiallarının xüsusiyyətləri barədə biliklər;
  • Tikinti və təmir işlərinə texniki nəzarət, işlərin keyfiyyətinin qiymətləndirilməsi və qüsurların müəyyən edilməsi bacarığı;
  • Texniki sənədlərin, hesabatların və müvafiq aktların hazırlanması və tərtib edilməsi bacarığı;
  • MS Word, MS Excel və MS Outlook proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dilini əla səviyyədə bilmək;
  • Yüksək ünsiyyət və danışıqlar aparmaq, qərarvermə və problem həll etmə bacarıqları;
  • Komandada işləmək, dəyişikliklərə uyğunlaşmaq və yeni bilikləri mənimsəmək qabiliyyəti;
  • Sahədə operativ qərarvermə, analitik düşünmə və işlərin prioritetləşdirilməsi bacarığı.

İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

İş rejimi: 5 günlük

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Azerbaijan Airlines şirkətinin digər vakansiyaları

Azerbaijan Airlines vakansiyaları

Azerbaijan Airlines haqqında

Aktiv vakansiya
6
Son 6 ayda
58
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • inşaat mühəndisi
  • mühəndis
  • planlama mühəndisi
  • mütəxəssis

Azerbaijan Airlines vakansiyaları: hazırda GoJob-da 6 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən inşaat mühəndisi, mühəndis, planlama mühəndisi və mütəxəssis vəzifələrinə işçi axtarır. Son 6 ayda Azerbaijan Airlines şirkətində iş üçün 58 vakansiya dərc olunub. Azerbaijan Airlines işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Azerbaijan Airlines: bütün vakansiyalar (6)

«Hava Limanları İnfrastrukturu İdarəsi/Əsaslı tikinti, inkişaf və texniki təkmilləşdirmə şöbəsi/İnşaat üzrə aparıcı mühəndis» vakansiyası haqqında suallar

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: müraciət səhifəsinə keçəcəksiniz.

Müraciət et