Əsas məzmuna keç
GoJob

İnsan resursları üzrə mütəxəssis

Brand Credit BOKT MMCBakıda insan resursları üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Yasamal
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
3 noyabr 2026
Son müraciət tarixi
3 dekabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

Brand Credit BOKT MMC Bakının Yasamal rayonunda insan resursları üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: Bakı, Yasamal ray. İnşaatçılar pro.4a
  • İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00–18:00
  • İstirahət günləri: Şənbə və bazar

Vəzifə öhdəlikləri:

  • Vakansiyaları təhlil etmək, şirkətdaxili elanları hazırlamaq və yerləşdirmək
  • Elan olunan vakasiyalar üzrə namizədlərin axtarışı və yerləşdirilməsi üzrə işin təşkili
  • Qanunvericiliyə uyğun olaraq əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
  • Məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılması
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını və əmək kitabçalarında müvafiq qeydlərin aparılması
  • ƏMAS, İSB, My-gov üzərindən bütün proseslərin icrası
  • Daxili nizam-intizam qaydalarına nəzarət
  • İnsan resurslarına aid daxili sorğuların cavablandırılması

Namizədə tələblər:

  • Yaş həddi: 23–35
  • Ali təhsil (İnsan resurslarının idarə olunması üzrə ali təhsil arzuolunandır)
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək
  • İnsan Resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi
  • MS Office (Outlook, Word, Excel, PowerPoint) proqramlarında, işləmə bacarığı
  • Diqqətlilik, intizamlılıq, yüksək kommunikasiya, komanda işi
  • Araşdırma, təhlil, müqayisə və qərar vermək
  • Elektron Hökümət Portalından istifadə qaydalarını bilməli.

Göstərilən tələblərə uyğun olan və qeyd olunan prosesləri tam sərbəst şəkildə icra edə bilən namizədlər "İnsan Resursları üzrə Mütəxəssis" başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar