Əsas məzmuna keç
GoJob

HR Mütəxəssisi

Real İnşaat MMCBakıda insan resursları üzrə mütəxəssis vakansiyası

Maaş: 800 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 noyabr 2026
Son müraciət tarixi
13 dekabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

Real İnşaat MMC Bakıda insan resursları üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas öhdəliklər:

  • İşə qəbul və seçimlər: Tikinti layihələri üçün tələb olunan mühəndis-texniki heyətin, usta və fəhlələrin axtarışı, müsahibələrin keçirilməsi və işə qəbulu prosesini idarə etmək.
  • Əmək qanunvericiliyi və kargüzarlıq: Əmək Məcəlləsinə uyğun olaraq işçilərin işə qəbulu, başqa işə keçirilməsi, xitam və məzuniyyət əmrlərini hazırlamaq; ƏMAS (e-gov) alt sistemində əməliyyatları tam və vaxtında icra etmək.
  • Kadr uçotu: Şəxsi işlərin formalaşdırılması, əmək kitabçalarının (və ya elektron uçotun) idarə olunması və tabel uçotuna (vaxta nəzarət) nəzarət etmək.
  • Sahə/Obyekt koordinasiyası: Tikinti obyektlərində çalışan işçilərin rotasiyası, növbəli iş rejimləri və gediş-gəliş proseslərinin HR tərəfini tənzimləmək.
  • Əməkhaqqı və Davamiyyət: Aylıq davamiyyət (tabel) göstəricilərini toplamaq, yoxlamaq və əməkhaqqı hesablanması üçün mühasibatlığa təqdim etmək.
  • Əməyin mühafizəsi ilə koordinasiya: SƏTƏM (HSE) şöbəsi ilə birgə işçilərin ilkin təlimatlandırılması və tibbi müayinələrin izlənməsini təmin etmək.
  • Daxili qaydalar və adaptasiya: Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, şirkətin daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək.

Namizədə olan tələblər:

  • Yaş həddi 25 +
  • Təhsil: Ali təhsil (İqtisadiyyat, İdarəetmə, Hüquq və ya Psixologiya sahəsi arzuolunandır).
  • Təcrübə: İnsan resursları sahəsində minimum [2-3] il iş təcrübəsi (tikinti və ya istehsalat sektorunda təcrübə mütləqdir/arzuolunandır).
  • Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.

Proqram bilikləri:

  • ƏMAS portali ilə sərbəst işləmək bacarığı.
  • 1C: HR / HRMS proqramı.
  • MS Office (Excel, Word) – yaxşı səviyyədə.

Bacıraqlıqlar: Yüksək ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti, kütləvi işə qəbul (mass recruitment) təcrübəsi, operativlik və gərgin iş rejimində işləmək bacarığı.

Ünvan - Svetlana Məmmədova 203c

Əməkhaqqı - 800 Azn +

Əlaqə - 0512059867

Qeyd - yalnız tələblərə uyğun gələn namizədlər ilə əlaqə saxlanılacaqdır.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar