Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

İnsan resursları üzrə mütəxəssis

Man-GBakıda insan resursları üzrə mütəxəssis vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
18 noyabr 2026
Baxış
696
Müraciət
44
Son müraciət tarixi
18 dekabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə iş elanları

Vakansiya haqqında

Man-G Bakıda insan resursları üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

MAN-G Design and Construction komandamıza İnsan resursları sahəsində təcrübəli, təşəbbüskar və sistemli düşünən mütəxəssis axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinin, ƏMAS və İSB əməliyyatlarının aparılması;
  • İşə qəbul prosesinin tam idarə edilməsi: vakansiyaların hazırlanması, namizədlərin seçilməsi və müsahibələrin keçirilməsi;
  • Yeni əməkdaşların adaptasiyası və sınaq müddətinin idarə olunması;
  • HR siyasət və prosedurlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
  • KPI və performans qiymətləndirmə proseslərinin təşkili;
  • Əməkdaşlarla münasibətlərin, təlim və inkişaf proseslərinin idarə olunması;
  • HR hesabatlarının hazırlanması və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi.

Namizədə dair tələblər:

  • HR sahəsində 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə mükəmməl bilik;
  • İşə qəbul və digər HR proseslərinin idarə edilməsində praktiki təcrübə;
  • Analitik düşüncə, təşəbbüskarlıq, güclü kommunikasiya və müstəqil işləmək bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

İş şərtləri:

  • İş qrafiki: Tam iş günü
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Office Center
  • Əmək haqqı: 1000 Azn + (Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq)

Bizim üçün vacib məqam: Biz yalnız kadr kargüzarlığını icra edən deyil, insan resurslarının bütün əsas istiqamətlərini idarə edə bilən, HR proseslərini təkmilləşdirən və şirkətin inkişafına töhfə verən mütəxəssis axtarırıq.

Uyğun namizədlər CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Man-G şirkətinin digər vakansiyaları

Man-G vakansiyaları