Əsas məzmuna keç
GoJob

İnsan resursları əməliyyatları və əmək haqqı hesablanması üzrə mütəxəssis

Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıAqrar İnnovasiya və Təchizat Şirkəti

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
7 sentyabr 2026
Son müraciət tarixi
7 oktyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

Aqrar İnnovasiya və Təchizat Şirkəti Bakıda insan resursları üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • İnsan Resursları və ya Payroll sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • 1C, Bitrix, ƏMAS, E-sosial və digər dövlət portalları ilə işləmək bacarığı üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • İşə qəbul, işdən çıxma və əmək münasibətləri üzrə sənədləşmə proseslərini həyata keçirmək;
  • Əmək müqavilələrinin, əmrlərin və digər İR sənədlərinin hazırlanmasını təmin etmək;
  • ƏMAS, E-sosial və digər dövlət portallarında İR əməliyyatlarını icra etmək;
  • Yeni əməkdaşların qeydiyyatını, sistem hesablarının və giriş icazələrinin yaradılmasını təmin etmək;
  • Payroll prosesində iştirak etmək, əməkhaqqı hesablamaları üçün zəruri məlumatların hazırlanmasını, yoxlanılmasını və aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək;
  • Məzuniyyət, ezamiyyət, son haqq-hesab, icazə və digər ödənişlərlə bağlı məlumatların düzgün hazırlanmasını təmin etmək;
  • İR və Payroll üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İR üzrə daxil olan sorğuları cavablandırmaq və aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2513&source=UC_HBS8ZI linkinə müraciət etmələri xahiş olunur.

Aqrar İnnovasiya və Təchizat Şirkəti şirkətinin digər vakansiyaları

Aqrar İnnovasiya və Təchizat Şirkəti vakansiyaları