Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

İstedadların cəlbi və yerləşdirilməsi üzrə kiçik mütəxəssis

Kontakt HomeBakıda istedadların cəlbi və yerləşdirilməsi üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 noyabr 2026
Baxış
632
Müraciət
48
Son müraciət tarixi
27 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə iş elanları

Vakansiya haqqında

Kontakt Home Bakıda «İstedadların cəlbi və yerləşdirilməsi üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Vakansiyada 18 tələb göstərilib; müraciət onlayn, birbaşa işəgötürənə.

Təsvir

  • Şirkətin işəgötürən brendinin tanıdılması və əmək yarmarkalarında, universitetlərin karyera günlərində, konfranslarda və digər İR tədbirlərində şirkətin təmsil edilməsi;
  • Mövcud vakansiyaların təhlil edilməsi, vəzifə tələblərinə uyğun iş elanlarının hazırlanması və müvafiq işə qəbul platformalarında yerləşdirilməsi;
  • Vakansiyalar üzrə namizədlərin müxtəlif mənbələrdən və axtarış kanallarından cəlb edilməsi;
  • Daxil olan CV-lərin vakansiya tələblərinə uyğun ilkin dəyərləndirilməsi və potensial namizədlərin müəyyənləşdirilməsi;
  • Namizədlərlə ilkin və növbəti mərhələlər üzrə müsahibələrin keçirilməsi, bilik və bacarıqlarının qiymətləndirilməsi;
  • Namizədlərin seçim prosesinin koordinasiyası və müsahibə mərhələlərinin vaxtında təşkil edilməsi;
  • İşə qəbul prosesinin gedişatı barədə aidiyyəti struktur rəhbərlərinin mütəmadi məlumatlandırılması;
  • Yeni əməkdaşların işə qəbul prosesinin koordinasiyası və aidiyyəti struktur bölmələrinin vaxtında məlumatlandırılması;
  • İşə qəbul agentlikləri, universitetlər və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
  • Şirkətin namizəd bazasının mütəmadi yenilənməsi və genişləndirilməsi;
  • İşə qəbul fəaliyyəti üzrə hesabatların hazırlanması, müvafiq göstəricilərin izlənilməsi və təhlil edilməsi;
  • İşə qəbul prosesinin effektivliyinin və namizədlərin müsbət təcrübəsinin təmin edilməsi.

İş şəraiti

  • İş qrafiki: I–V günlər, 09:00–18:00;
  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Tələblər

  • Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin İdarə Edilməsi, Psixologiya və əlaqəli ixtisaslara üstünlük verilir);
  • İnsan Resursları sahəsində, xüsusilə işə qəbul istiqamətində minimum 1 il iş təcrübəsi (pərakəndə satış sektorunda iş təcrübəsi üstünlükdür);
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı, ingilis dili biliyi üstünlükdür;
  • İşə qəbul prosesinin müxtəlif mərhələləri, namizəd axtarışı və müsahibələrin aparılması üzrə praktiki biliklər;
  • Müxtəlif axtarış kanalları və işə qəbul platformaları ilə işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
  • Güclü analitik düşünmə və namizədləri qiymətləndirmə qabiliyyəti;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi və bir neçə vakansiya üzrə paralel işləmək bacarığı;
  • Nəticəyönümlülük, məsuliyyətlilik, təşəbbüskarlıq və operativlik;
  • Dinamik iş mühitində işləməyə və yüksək iş tempinə uyğunlaşmağa hazır olmaq.

Biz nə təklif edirik?

  • Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Dinamik və müasir iş mühiti;
  • Müasir və rahat ofis şəraiti;
  • Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
  • Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.

Kontakt Home şirkətinin digər vakansiyaları

Kontakt Home vakansiyaları

Kontakt Home haqqında

Aktiv vakansiya
37
Son 6 ayda
196
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • satış məsləhətçisi
  • fəhlə
  • sürücü
  • quraşdırıcı
  • anbar işçisi

Kontakt Home vakansiyaları: hazırda GoJob-da 37 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən satış məsləhətçisi, fəhlə, sürücü, quraşdırıcı və anbar işçisi vəzifələrinə işçi axtarır. Son 6 ayda Kontakt Home şirkətində iş üçün 196 vakansiya dərc olunub. Kontakt Home vakansiyalarında maaş adətən 500–788 AZN arasındadır. Kontakt Home işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Kontakt Home: bütün vakansiyalar (37)

«İstedadların cəlbi və yerləşdirilməsi üzrə kiçik mütəxəssis» vakansiyası haqqında suallar

Kontakt Home hansı şərtləri təklif edir?

  • İş qrafiki: I–V günlər, 09:00–18:00;
  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.

Kontakt Home namizəddən nə tələb edir?

  • Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin İdarə Edilməsi, Psixologiya və əlaqəli ixtisaslara üstünlük verilir);
  • İnsan Resursları sahəsində, xüsusilə işə qəbul istiqamətində minimum 1 il iş təcrübəsi (pərakəndə satış sektorunda iş təcrübəsi üstünlükdür);
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı, ingilis dili biliyi üstünlükdür;

Hamısı: «Tələblər»

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat; iş saatları: 09:00–18:00.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: müraciət səhifəsinə keçəcəksiniz.

Müraciət et