İstedadların İdarə Edilməsi departamentinin İstedadların İdarə Edilməsi və Təşkilati inkişaf şöbəsinin Təlim qrupunun Kiçik mütəxəssisi
PASHA BankBakıda istedadların idarə edilməsi departamentinin istedadların idarə edilməsi və təşkilati inkişaf şöbəsinin təlim qrupunun mütəxəssisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Vakansiya haqqında
PASHA Bank Bakıda «İstedadların İdarə Edilməsi departamentinin İstedadların İdarə Edilməsi və Təşkilati inkişaf şöbəsinin Təlim qrupunun mütəxəssisi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Təsvir
- Bank üzrə fərdi inkişaf ehtiyaclarının müəyyən edilməsi, həmin siyahıya, eləcə də strateji hədəflərə uyğun olaraq funksional, bank miqyasında təlim siyahısının müəyyən edilməsi;
- Fərdi, Funksional və bank miqyasında təlim və inkişaf proqramlarının həyata keçirilməsinə dəstək göstərilməsi (bank miqyasında, funksional və FİP);
- Onlayn Tədris Platformasının İdarə edilməsi, təlimlərdə iştirak, məmnuniyyət səviyyəsinin təqib edilməsi;
- Qrup təlimlərin təşkilatı və koordinasiyası;
- Orientasiya Proqramının planlaşdırılması, izlənməsi, Buddy proqramının icrası.
Tələblər
- Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi);
- Tələb olunan iş təcrübəsi: 1 il (Təlim və İnkişaf, və ya digər İR sahələri);
- Xarici dillər: İngilis (səlis);
- Kompüter bilikləri: Microsoft Office, Power Point;
- Başqa tələblər: Ünsiyyət və nitq bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.