Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

İxrac üzrə mütəxəssis

XanBakıda ixrac üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
17 noyabr 2026
Baxış
620
Müraciət
28
Son müraciət tarixi
17 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə iş elanları

Vakansiya haqqında

Xan Bakıda «İxrac üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri Bakı şəhərindədir

Əmək funksiyası

  • Yerli və xarici bazarı araşdırmaq, istehsal edilən məhsullar haqqında maraq formalaşdırılmasını təşkil etmək;
  • İxrac əməliyyatı üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması, ixrac əməliyyatları istiqamətində danışıqlar aparmaq, sifariş olunan mal və xidmətlərə görə qiymətlərin alınması və sərfəli qiymətin müəyyənləşdirilməsi;
  • Məhsulların ixracat satış mexanizminin hazırlanmasında, ixracat satışın həyata keçirilməsi zamanı müqavilələrin və digər müvafiq sənədlərin hazırlanmasında, satışın təşkil edilməsində iştirak etmək və məhsulların təyinat məntəqəsinə vaxtı-vaxtında çatdırılmasının təmin etmək və bunlara görə məsuliyyət daşımaq;
  • Gələcək müştəri mənbələrinin inkişafı və onların potensiallarını müəyyən etmək üçün məlumat mənbələrini tədqiq etmək;
  • Hazırkı və gələcək müştərilərlə telefon danışıqları və üzbəüz görüşlərin və təqdimatların təşkilini həyata keçirmək, müştərilər üçün aydın və effektiv yazılı təkliflər hazırlamaq;
  • Müştərilərin problemləri və şikayətlərinin tez bir zamanda həll olmasına nail olmaq. Mövcud ixrac müştəriləri ilə əməkdaşlığı genişləndirmək və yeni müştəriləri cəlb etmək;
  • Marketinq, mühasibat, logistika və texniki dəstək əməkdaşları ilə satış səylərini əlaqələndirmək, hazır məhsul satışlarının payının ixrac satışlarında artırılmasını təmin etmək;
  • Şirkəti yerli və xarici tədbirlərdə təmsil etmək, beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;
  • İxrac əməliyyatı xidmətləri üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək;
  • Şirkət tərəfindən müəyyən edilmiş və daxili təlimatlarda qeyd olunan təhlükəsizlik standartlarına və qaydalarına riayət etmək.

Tələblər:

  • Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
  • Rus və ingilis dili biliyi (oxumaq, yazmaq, danışmaq), digər xarici dil biliyi olan namizədlərə üstünlük veriləcək; 
  • Kompüter bilikləri, Office proqramları bacarıqları. 

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Mövzü yerinə “İxrac üzrə mütəxəssis” yazıb [email protected] və  [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

Xan şirkətinin digər vakansiyaları

Xan vakansiyaları