Əsas məzmuna keç
GoJob

Kamera Müşahidə Operatoru

Heydər Əliyev adına Müasir Təhsil KompleksiBakıda kamera müşahidə operatoru vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
21 oktyabr 2026
Son müraciət tarixi
20 noyabr 2026
Kateqoriya
Mühafizə

Bakı şəhərində Mühafizə üzrə vakansiyalar

Vakansiya haqqında

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Bakıda «Kamera Müşahidə Operatoru» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151

İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)

Tələblər:

  • Ali və ya orta  ixtisas təhsil səviyyəsi
  • Təhlükəsizlik sahəsində və ya müşahidə kameraları ilə işləmək sahəsində minimum 1 il iş təcrübəsi;
  • Yüksək diqqətlilik və məsuliyyət hissi;
  • Müşahidə qeydlərini dəqiq və sistemli şəkildə aparmaq bacarığı;
  • Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Kompüter bilikləri (əsas ofis proqramlarında işləmə bacarığı) arzuolunandır;

Öhdəliklər:

  • Məktəbin bütün müşahidə kameralarının fasiləsiz və düzgün işləməsinə nəzarət etmək.
  • Kameralar vasitəsilə kompleksin giriş-çıxış qapılarını, daxili ərazilərini və perimetrini daimi izləmək.
  • Şübhəli hərəkət, intizam pozuntusu və ya təhlükə halları aşkar edildikdə dərhal növbə rəisinə və ya gözətçilərin koordinatoruna məlumat vermək.
  • Gündəlik müşahidə və nasazlıq qeydlərini müvafiq jurnalda qeyd etmək.
  • Şagirdlərin, heyətin və qonaqların təhlükəsizliyinin təmin olunmasına kamera müşahidəsi vasitəsilə dəstək vermək.
  • Kamera otağında konfidensiallıq və etik davranış prinsiplərinə ciddi riayət etmək.
  • Gözətçilərin koordinatoru tərəfindən verilən aidiyyəti digər tapşırıqları yerinə yetirmək (məsələn: video yazılışlara baxmaq, baş vermiş hadisələri kameralardan araşdırmaq, itirilmiş əşyaların tapılmasına kömək göstərmək).

Biz təklif edirik:

  • Rəqabətədavamlı əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər.

E-poçtun mövzu hissəsində “Kamera Müşahidə Operatoru” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi şirkətinin digər vakansiyaları

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi vakansiyaları