Əsas məzmuna keç
GoJob

Kameralara nəzarət üzrə operator (Landau school 9-11 Hazırlıq Məktəbi)

Landau Education GroupBakıda kameralara nəzarət üzrə operator vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Səbail
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 avqust 2026
Son müraciət tarixi
23 sentyabr 2026
Kateqoriya
Mühafizə

Vakansiya haqqında

Landau Education Group Bakının Səbail rayonunda «Kameralara nəzarət üzrə operator» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • Məktəb binasına buraxılışa nəzarət etmək, kənar şəxslərin binaya daxil olması ilə bağlı müvafiq vəzifəli şəxsə məlumat vermək. Zərurət olduğu halda məlumat və icazə alınması məqsədilə məktəbin rəhbərliyinə müraciət etmək​;
  • Nəzarət kameraları vasitəsilə obyektin daimi monitorinqini aparmaq;
  • Şübhəli halların və qayda pozuntularının vaxtında aşkarlamaq və rəhbərliyə bildirmək;
  • Kamera sistemlərinin işlək vəziyyətinə nəzarət etmək;
  • Kənar (üçüncü) şəxslərin, habelə valideynlərin icazəsiz binaya daxil olmasına imkan verməmək​;
  • Məktəbin əmlakını və bütün növ inventarlarını nəzarətdə saxlamaq, qorumaq və zərurət yarandıqda inventar sayımınında iştirak etmək;​
  • Şəxslərin məktəb ərazisində bir-birilərinə münasibətdə təhlükəsiz davranışına nəzarət etmək, münaqişə yarandıqda qarşısını almaq, məktəb daxilində digər nizam-intizam qaydalarının pozulmasını müəyyən etdikdə bu barədə birbaşa rəhbərinə məruzə etmək;
  • Fövqəladə hallar zamanı Yanğından mühafizə və texniki-təhlükəsizlik qaydaları haqqında təlimata (LS-AD-T-03) uyğun olaraq “Yanğın Marşal”ının vəzifəsini öz üzərinə götürmək və tam dəqiqliklə icra etmək;
  • Birbaşa rəhbərin müvafiq göstərişlərini yerinə yetirmək​;
  • Məktəbin həyata keçirdiyi ictimai-mədəni tədbirlərdə iştirak etmək.

Tələblər

  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi​;
  • Müşahidə sistemləri ilə işləmə bacarığı.
  • Xanım namizədlərə üstünlük veriləcəkdir.

Biz nə təklif edirik:

  • İş yeri: LANDAU School Zabitlər/Gənclik kampusu;
  • 6 günlük qrafik;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Landau Education Group şirkətinin digər vakansiyaları

Landau Education Group vakansiyaları