Əsas məzmuna keç
GoJob

Karxana Əməliyyatları üzrə Mühəndis

HolcimBakıda karxana əməliyyatları üzrə mühəndis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 oktyabr 2026
Son müraciət tarixi
22 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Holcim Bakıda «Karxana Əməliyyatları üzrə Mühəndis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Ünvan: Holcim Azərbaycan Zavodu

İş vaxtı: Tam 

Sənaye: Sement İstehsalı

Vəzifə haqqında

  • Əhəngdaşı karxanasının gündəlik əməliyyatlarının idarə edilməsi və nəzarətini həyata keçirən Karxana Əməliyyatları üzrə Mühəndis axtarılır. Bu vəzifə zavodun istehsalını dəstəkləmək üçün tələb olunan material keyfiyyəti və həcmlərini davamlı olaraq təmin edərək təhlükəsiz, səmərəli və dayanıqlı istehsal praktikalarının təmin edilməsinə cavabdehlik daşıyır.

Əsas Vəzifə Öhdəlikləri

  • Resursların səmərəli çıxarılmasını optimallaşdırmaq və karxananın ömrünü uzatmaq üçün mədən strategiyalarını hazırlayır və tətbiq edir
  • Yamacın sabitliyini, əməliyyat səmərəliliyini və təhlükəsizlik standartlarına uyğunluğu təmin etmək məqsədilə mədən pilləsi geometriyasını layihələndirir və ona nəzarət edir
  • İstehsalın geoloji ehtiyatlara və zavod ehtiyaclarına uyğunluğunu təmin etmək üçün blok modellərini idarə edir və təhlil edir
  • Materialların texniki tələblərə uyğunluğunu təmin etmək məqsədilə nümunə götürmə və keyfiyyətə nəzarət proseslərini aparır və onlara nəzarət edir
  • Təhlükəsizlik, dəqiqlik və xərclərin səmərəliliyini təmin edərək partlayış əməliyyatlarını planlaşdırır və icrasına nəzarət edir
  • QSO Expert, AutoCAD, Surpac və ya bənzəri kimi karxana mühəndisliyi və layihələndirmə proqramlarından istifadə etməklə 3D modelləri, texniki çertyojları və əməliyyat planlarını hazırlayır
  • Topoqrafik çəkilişlərin aparılmasına nəzarət edir, dəqiq xəritələrin saxlanılması və karxana qeydlərinin yenilənməsini təmin edir
  • Düzgün material keyfiyyəti və həcmlərinin təmin edilməsi məqsədilə emal zavodu komandaları ilə sıx əməkdaşlıq edir
  • Hər zaman əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə tələblərə daim riayət olunmasını təmin edir
  • Karxana heyətini əməliyyat üzrə qabaqcıl təcrübələrə dair təlimləndirir və yönləndirir

Tələblər və Bacarıqlar

  • Təhsil: Mədən mühəndisliyi, Geologiya, İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi
  • İş təcrübəsi: Karxana əməliyyatları və ya açıq mədən sahəsində minimum 5–7 il təcrübə, onlardan ən azı 3 ili mühəndis və ya rəhbər vəzifəsində olmaqla

Texniki biliklər:

  • Mədən pilləsi (bench) layihələndirməsi və partlatma texnologiyaları
  • Karxana planlaşdırılması və resursların idarə edilməsi
  • Blok modellərinin oxunması və geoloji təhlil
  • Sement, aqreqat və ya tikinti sənayesində material keyfiyyətinin idarə olunması

Proqram təminatı bilikləri:

  • QSO Expert və ya bənzər karxana əməliyyatları proqramları
  • AutoCAD, Surpac və ya digər 3D modelləşdirmə və layihələndirmə alətləri
  • GIS/Topoqrafik ölçmə proqramları

Digər bacarıqlar:

  • Güclü analitik və qərarvermə bacarıqları
  • İngilis dili biliyi
  • Texniki çertyojları və karxana xəritələrini oxuma və təhlil etmə qabiliyyəti
  • Effektiv liderlik və ünsiyyət bacarıqları

​​​​​​​Üstünlük Verilən Xüsusiyyətlər

  • Karxana mühəndisliyi layihələndirməsi və geoloji xəritələşdirmə sahəsində təcrübə
  • Mədən əməliyyatlarında ətraf mühitin mühafizəsi və dayanıqlılıq prinsipləri üzrə biliklər
  • İstehsal hədəflərinə çatmaq üçün karxana əməliyyatlarını emal zavodları ilə əlaqələndirmə üzrə təcrübə

Maraqlanan namizədlər CV –lərini, mövzu hissəsində mütləq Karxana Əməliyyatları üzrə Mühəndis yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Holcim şirkətinin digər vakansiyaları

Holcim vakansiyaları