Əsas məzmuna keç
GoJob

Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis

Avromak MmcBakıda keyfiyyətə nəzarət üzrə mütəxəssis vakansiyası

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 oktyabr 2026
Son müraciət tarixi
22 noyabr 2026

Bakı şəhərində Sənaye və Kənd Təsərrüfatı üzrə vakansiyalar

Vakansiya haqqında

Avromak Mmc Bakıda keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İşçiyə qoyulan tələblər:

  • Ali təhsil (standartlaşdırma və qida sənayesi üzrə təhsil üstünlükdür);
  • İstehsalat sahəsində keyfiyyətə nəzarət üzrə 1–2 il iş təcrübəsi;
  • Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları haqqında məlumatlı olmaq;
  • Əməyin mühafizəsi qaydaları barədə ilkin biliklərə sahib olmaq;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik, analitik düşünmə və ünsiyyət bacarığı.

Vəzifə öhdəlikləri

  • İstehsal olunan məhsulların keyfiyyət göstəricilərinə və müəyyən edilmiş standartlara uyğunluğunu yoxlamaq;
  • İstehsal prosesində keyfiyyət və qida təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
  • İstehsalat sahəsində sanitariya və gigiyena qaydalarına riayət olunmasını yoxlamaq;
  • İstehsala daxil olan xammal və materialların keyfiyyətini, müşayiətedici sənədlərini və müvafiq tələblərə uyğunluğunu yoxlamaq;
  • Hazır məhsulların saxlanma şəraitinə və yararlılıq müddətinə nəzarət etmək;
  • Anbarlarda hazır məhsulların keyfiyyət vəziyyətini mütəmadi yoxlamaq;
  • İstehsal prosesinə dair keyfiyyət qeydiyyat formalarının düzgün və vaxtında doldurulmasını təmin etmək;
  • Aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və aidiyyəti rəhbərliyə məlumat vermək;
  • Məhsullar üzrə keyfiyyət sənədlərinin hazırlanmasında və tələb olunduqda keyfiyyət vəsiqələrinin təqdim edilməsində iştirak etmək;
  • Keyfiyyət problemlərinin təkrarlanmaması üçün müvafiq təkliflər vermək.

İş şəraiti

  • Əməkhaqqı: 600–700 AZN;
  • İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00;
  • İstirahət günləri: Şənbə və bazar;
  • Nahar: Şirkət tərəfindən təmin olunur;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Avromak Mmc şirkətinin digər vakansiyaları

Avromak Mmc vakansiyaları