Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (Qeyri-Ticari Malların Qəbulu)
OBA marketlər şəbəkəsiBakıda keyfiyyətə nəzarət üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Xətai
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 5 noyabr 2026
- Baxış
- 654
- Müraciət
- 41
- Son müraciət tarixi
- 5 dekabr 2026
- Kateqoriya
- İstehsalat və Kənd Təsərrüfatı
Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə iş elanları
Vakansiya haqqında
OBA marketlər şəbəkəsi Bakının Xətai rayonunda keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Təsvir
- Şirkətə daxil olan tikinti materialları, mağaza avadanlıqları, soyuducu sistemlər, metal konstruksiyalar, mebel, POS avadanlıqları, reklam materialları və digər qeyri-ticari malların qəbul zamanı keyfiyyətə uyğunluğunu yoxlamaq;
- Malların satınalma sifarişləri, müqavilələr, texniki spesifikasiyalar, layihə sənədləri və təsdiq edilmiş standartlara uyğunluğunu qiymətləndirmək;
- Məhsulların ölçülərini, texniki göstəricilərini, komplektliyini, funksionallığını, markalanmasını və fiziki vəziyyətini yoxlamaq;
- Təchizatçılar tərəfindən təqdim olunan məhsulların keyfiyyət sertifikatlarını, uyğunluq sənədlərini, zəmanət sənədlərini və texniki pasportlarını yoxlamaq;
- Aşkar edilmiş qüsurlar, zədələr və texniki uyğunsuzluqlar üzrə uyğunsuzluq aktları hazırlamaq, sübut bazasını (foto, video və s.) formalaşdırmaq və aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə həllini təmin etmək;
- Təchizatçıların keyfiyyət göstəricilərini izləmək, təkrarlanan uyğunsuzluqları analiz etmək və performansın yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;
- Tikinti materialları və avadanlıqlar üzrə qəbul proseslərinin daxili prosedurlara və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
- Aylıq keyfiyyət göstəricilərini təhlil etmək, rəhbərlik üçün analitik hesabatlar hazırlamaq və proseslərin optimallaşdırılması üzrə təşəbbüslərlə çıxış etmək;
İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblər
- Ali təhsil (İnşaat mühəndisliyi, Sənaye mühəndisliyi, Mexanika mühəndisliyi, Keyfiyyətin idarə olunması, Logistika və ya digər uyğun ixtisaslar üzrə);
- Tikinti materialları, avadanlıqların qəbulu, texniki nəzarət və ya keyfiyyətə nəzarət sahəsində minimum 1 il iş təcrübəsi;
- Tikinti materiallarının, mağaza avadanlıqlarının və texniki məhsulların xüsusiyyətləri barədə biliklər;;
- MS Excel proqramını yaxşı səviyyədə bilmək ;
- Analitik düşünmə, detallara diqqət və qərarvermə bacarığı;
- Güclü ünsiyyət, koordinasiya və komandada işləmək bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- korporativ nömrə ilə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
OBA marketlər şəbəkəsi şirkətinin digər vakansiyaları
Bakıda inşaat mühəndisi vakansiyasıOBA marketlər şəbəkəsi, Bakı, Xətai
Bakıda elektormexanika üzrə mütəxəsis vakansiyasıOBA marketlər şəbəkəsi, Bakı, Xətai
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıOBA marketlər şəbəkəsi, Bakı, Xətai
Bakıda inkassasiya əməliyyatları üzrə mütəxəssis vakansiyasıOBA marketlər şəbəkəsi, Bakı, Xətai