Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Keyfiyyətə Nəzarət üzrə Menecer / Baş Mütəxəssis

Titan GroupBakıda keyfiyyətə nəzarət üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 noyabr 2026
Baxış
716
Müraciət
37
Son müraciət tarixi
19 dekabr 2026

Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə iş elanları

Vakansiya haqqında

Titan Group Bakıda keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Titan Group komandası istehsal olunan soyuducu sistemlərin və peşəkar mətbəx avadanlıqlarının keyfiyyətinə nəzarət prosesini həyata keçirəcək, texniki standartlara və müəyyən edilmiş tələblərə uyğunluğu təmin edəcək məsuliyyətli və təcrübəli namizədləri işə dəvət edir.

Əsas vəzifə və öhdəliklər:

  • İstehsal olunan soyuducu avadanlıqların və peşəkar mətbəx avadanlıqlarının keyfiyyətinə nəzarətin həyata keçirilməsi;
  • Paslanmayan polad (inox), metal konstruksiyalar və digər istifadə olunan materialların keyfiyyətinin yoxlanılması;
  • Metal kəsmə, bükmə, qaynaq, cilalama və yığım proseslərinin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi;
  • İstehsal prosesinin müxtəlif mərhələlərində məhsulların ölçü, forma, konstruksiya və texniki göstəricilərinin yoxlanılması;
  • Qaynaq tikişlərinin, birləşmələrin, səthlərin və konstruktiv elementlərin keyfiyyətinin qiymətləndirilməsi;
  • Soyuducu avadanlıqlarda qapı, korpus, izolyasiya, soyutma sistemi və digər komponentlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Hazır məhsulların texniki tapşırıqlara, çertyojlara və müəyyən edilmiş standartlara uyğunluğunun yoxlanılması;
  • İstehsal zamanı aşkar edilən qüsur və uyğunsuzluqların səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Keyfiyyətə nəzarət prosedurlarının hazırlanması və təkmilləşdirilməsi;
  • Hazır məhsulların son yoxlamasının aparılması və keyfiyyət hesabatlarının rəhbərliyə təqdim edilməsi.

Namizədə dair tələblər:

  • Texniki sahə üzrə ali və ya orta ixtisas təhsili (maşınqayırma, metal emalı, mexanika, materialşünaslıq və digər uyğun ixtisaslar);
  • İstehsalat müəssisələrində keyfiyyətə nəzarət sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Metal emalı və paslanmayan polad materialların xüsusiyyətləri barədə biliklər;
  • Qaynaq, metal kəsmə, bükmə və yığım prosesləri haqqında texniki biliklər;
  • Texniki çertyojları və ölçü göstəricilərini oxuma bacarığı;
  • Ölçü və yoxlama alətlərindən istifadə bacarığı;
  • ISO 9001 keyfiyyət idarəetmə standartı üzrə biliklər;
  • Analitik düşünmə, diqqətlilik və problem həll etmə bacarığı;
  • Müstəqil işləmək və məsuliyyət daşımaq qabiliyyəti.

Üstünlük hesab olunur:

  • Soyuducu avadanlıqların və peşəkar mətbəx avadanlıqlarının istehsalında təcrübə;
  • Paslanmayan polad (AISI 304, AISI 430 və s.) markaları üzrə biliklər;
  • Qaynaq tikişlərinin vizual və ölçü nəzarəti üzrə təcrübə;
  • Texniki çertyojlar və istehsalat spesifikasiyaları ilə işləmək bacarığı;
  • ISO 9001 üzrə auditor və ya müvafiq təlim sertifikatlarının olması.

İş şərtləri:

  • Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək;
  • Stabil iş şəraiti;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Nahar: Şirkət tərəfindən təmin olunur.

İş qrafiki və ünvan:

  • İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
  • İş ünvanı: Binə qəsəbəsi.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Keyfiyyətə Nəzarət üzrə Menecer / Baş mütəxəssis”

Titan Group şirkətinin digər vakansiyaları

Titan Group vakansiyaları