Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Qəbələ şəhəri)

Carlsberg AzerbaijanXırdalanda keyfiyyətə nəzarət üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 noyabr 2026
Baxış
684
Müraciət
57
Son müraciət tarixi
20 dekabr 2026

Vakansiya haqqında

Carlsberg Azerbaijan Xırdalanda keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə haqqında:

  • Qəbələdə PepsiCo məhsullarının istehsalında xammaldan hazır məhsula qədər keyfiyyətə nəzarət edəcək, fiziki-kimyəvi yoxlamalar aparacaq və qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsini izləyəcək Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • PepsiCo məhsulları üçün xammalın, inqrediyentlərin və qablaşdırma materiallarının keyfiyyətini yoxlamaq;
  • İstehsal mərhələlərində nümunələr götürmək, Brix, pH, turşuluq və CO₂ göstəricilərinə nəzarət etmək;
  • Hazır məhsulun dolum həcmini, qablaşdırma bütövlüyünü, etiketlənmə və markalanmasını yoxlamaq;
  • İstehsal və dolum sahələrində GMP, HACCP, gigiyena və sanitariya tələblərinə nəzarət etmək;
  • Uyğunsuzluqları sənədləşdirmək, riskləri vaxtında bildirmək və düzəldici tədbirləri izləmək;
  • Mikrobioloji nümunələrin analizə göndərilməsini təşkil etmək və nəticələri izləmək;
  • Yoxlama nəticələrini qeyd etmək, hesabatlar hazırlamaq və əlaqədar komandalarla əməkdaşlıq etmək.

Namizədə tələblər:

  • Qida texnologiyası, kimya, biologiya və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Qida və içki istehsalında keyfiyyətə nəzarət üzrə ilkin bilik; istehsal təcrübəsi üstünlükdür.

Bilik və bacarıqlar:

  • Nümunə götürmə, Brix, pH, turşuluq, CO₂ və qablaşdırma yoxlamaları barədə anlayış;
  • GMP, HACCP və qida təhlükəsizliyi tələblərinə bələdlik; MS Excel ilə işləmək bacarığı;
  • Azərbaycan dili mütləqdir; rus və ingilis dillərini bilmək üstünlükdür.

Şəxsi keyfiyyətlər:

  • Detallara diqqət və məsuliyyətlilik
  • Komandada işləmək və ünsiyyət bacarığı
  • Öyrənməyə və inkişafa açıqlıq
  • Uyğunsuzluqları vaxtında müəyyənləşdirmək bacarığı

İş şəraiti və imkanlar:

  • İş yeri: Qəbələ (yerli namizədlərə üstünlük verilir);
  • İşə başlamazdan əvvəl Bakı zavodunda bir neçə həftəlik praktiki təlim;
  • PepsiCo istehsal sahəsində daimi iş imkanı;
  • Şirkət siyasətinə uyğun əməkhaqqı və mükafatlandırma;
  • Peşəkar inkişaf və beynəlxalq standartlarla işləmək imkanı.

Müraciət etmək istəyirsiniz?

Tələblərə uyğunsunuzsa, CV-nizi və əməkhaqqı gözləntinizi aşağıdakı müraciət forması vasitəsilə göndərin:

Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Carlsberg Azerbaijan şirkətinin digər vakansiyaları

Carlsberg Azerbaijan vakansiyaları