Əsas məzmuna keç
GoJob

Kontent üzrə mütəxəssis

Olivia Beauty & CareBakıda kontent meneceri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə vakansiyalar

Vakansiya haqqında

Olivia Beauty & Care Bakıda kontent meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Məhsullar haqqında məlumatları etibarlı mənbələrdən toplayıb yoxlamaq, sayta, marketplace`lərdə və daxili sistemə daxil etmək;
  • Təsdiq olunmuş plana uyğun olaraq yeni məhsul və kateqoriyaları platformalarda yerləşdirmək;
  • Məhsul kartlarını hazırlamaq və təkmilləşdirmək - başlıqlar, unikal təsvirlər və məhsul xüsusiyyətlərini əlavə etmək;
  • Şəkil və infoqrafikaları hazırlamaq, redaktə etmək və platformalara yükləmək;
  • Məhsul səhifələrinin SEO elementləri, o cümlədən title və description üzərində işləmək;
  • ERP sistemində məhsul məlumatlarını emal etmək və məzmunu aktual saxlamaq.

Tələblər:

  • Elektron platformalarda kontentinin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan və rus dilində səlis yazı bacarığı, ingilis dili biliyi üstünlükdür;
  • Magento, Shopify, WooCommerce, OpenCart və ya digər CMS platformalarında biri ilə iş təcrübəsi;
  • Excel`də, o cümlədən böyük həcmli məlumatlarla işləmə bacarığı;
  • Adobe Photoshop, Adobe Illustrator və ya Canva ilə şəkillərin redaktəsi üzrə baza bilikləri arzuolunandır;
  • Diqqətlilik, məsuliyyət, işləri prioritetləşdirmək və son tarixlərə riayət etmək bacarığı;
  • Komanda ilə işləmək və yeni alətləri öyrənmək həvəsi.

Üstünlük veriləcək:

  • Gözəllik (beauty) və ya pərakəndə satış (retail) sahəsində ən azı 1-2 il iş təcrübəsi arzuolunandır.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər
  • İş yeri: Red plaza

Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Olivia Beauty & Care şirkətinin digər vakansiyaları

Olivia Beauty & Care vakansiyaları