Əsas məzmuna keç
GoJob

Kontent mütəxəssisi

Step IT Academy AzerbaijanBakıda kontent mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 oktyabr 2026
Son müraciət tarixi
11 noyabr 2026
Kateqoriya
Marketinq

Bakı şəhərində Marketinq üzrə vakansiyalar

Vakansiya haqqında

Step IT Academy Azerbaijan Bakıda «Kontent mütəxəssisi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

STEP IT Academy komandamıza sosial medianı sevən, trendləri izləyən və ideyalarını kontentə çevirməyi bacaran Content Creator axtarırıq.

Əgər kreativ düşünür, mətn, story və video formatlarında maraqlı kontent yaratmağı sevirsənsə, səni komandamızda görmək istəyirik.

Vəzifə öhdəlikləri

  • Sosial media kanalları üçün aylıq kontent planlarının hazırlanması və icrası;
  • Post, story, reels və digər sosial media kontentlərinin hazırlanması və paylaşılması;
  • Sosial media paylaşımları üçün mətnlərin və kreativ konseptlərin hazırlanması;
  • Gündəlik aktiv və auditoriyanı cəlb edən story-lərin hazırlanması;
  • Brend üslubuna uyğun kreativ kontent ideyalarının və yeni formatların təklif edilməsi;
  • Video kontentlər üçün ideya və senarilərin hazırlanması;
  • Ehtiyac olduqda video çəkilişlərində iştirak və sadə video kontentlərin hazırlanması;
  • Peşəkar çəkilişlər üçün kontent briflərinin hazırlanması və prosesin koordinasiyası;
  • Dizayner və digər əməkdaşlarla kontent üzrə iş prosesinin koordinasiyası;
  • Buklet, broşür və digər marketinq materialları üçün mətnlərin hazırlanması;
  • Kampaniya, yenilik və tədbirlərin sosial mediada effektiv işıqlandırılması;
  • Sosial media trendlərinin və rəqib fəaliyyətlərinin izlənilməsi;
  • Kontentin nəticələrinin izlənilməsi və inkişaf üçün yeni təkliflərin verilməsi.

İxtisas tələbləri

  • Sosial media və kontent sahəsində minimum 2 il iş təcrübəsi;
  • Kontent planlaşdırılması və copywriting bacarığı;
  • Sosial media platformalarının və aktual kontent formatlarının yaxşı bilinməsi;
  • Story, Reels və qısa video formatları ilə işləmə bacarığı;
  • Video çəkilişi və mobil kontent hazırlığı üzrə baza bacarıqları;
  • Kreativ düşüncə və güclü vizual zövq;
  • Planlaşdırma və koordinasiya bacarığı;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus dili biliyi üstünlükdür.

İş şəraiti

  • 5 günlük iş həftəsi
  • Kreativ və dinamik iş mühiti;
  • Maraqlı layihələr üzərində işləmək imkanı;
  • Peşəkar inkişaf və yeni ideyaları reallaşdırmaq üçün dəstək.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.