Əsas məzmuna keç
GoJob

Korporativ Müştərilərlə İş üzrə Koordinator

Caspian Energy ClubBakıda koordinator vakansiyası

Maaş: 500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 sentyabr 2026
Son müraciət tarixi
28 oktyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Caspian Energy Club Bakıda koordinator axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Tələblər:

  • Yaş: 21-28
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Rus və ya ingilis dillərindən ən azı birini bilmək;
  • Korporativ sahədə ən azı 1 il iş təcrübəsi;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office proqramlarından və internet resurslarından sərbəst istifadə bacarığı;
  • Stresli vəziyyətlərdə işləmək və operativ qərar qəbul etmək bacarığı;
  • İşgüzar yazışmaların və sənədlərin hazırlanması bacarığı (görüş hesabatları, müştəri yazışmaları, rəsmi məktublar və s.);
  • Rəsmi geyim qaydalarına riayət etmək.

​​​​​​​İşin təsviri:

  • Təşkil olunan tədbirlər barədə üzv şirkətlərin vaxtında məlumatlandırılması və şirkətlərin rəhbər şəxslərinin tədbirlərdə iştirakının təmin edilməsi;
  • Üzv şirkətlər barədə çap və onlayn resurslarda yerləşdirilməsi üçün zəruri məlumatların toplanması və hazırlanması;
  • Yeni layihələr və kommersiya təklifləri barədə üzv şirkətlərə məlumatların təqdim edilməsi;
  • Müvafiq üzv şirkətlərə əlavə xidmətlərin təqdim edilməsi və satışının həyata keçirilməsi;
  • Görülmüş işlər və nəticələr barədə rəhbərliyə mütəmadi hesabatların hazırlanması və təqdim edilməsi;
  • Departament müdiri ilə razılaşdırılmış digər funksiyaların icrası.

Şərtlər:​​​​​​​

  • Rəsmi əmək müqaviləsi;
  • İş rejimi: 5 günlük iş həftəsi, 09:00–18:00;
  • Əmək haqqı: 500–700 AZN;
  • KPI sistemi tətbiq olunur və nəticələrə əsasən əlavə bonuslar nəzərdə tutulur.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən məktubun mövzu hissəsində “Korporativ Müştərilərlə İş üzrə Koordinator” qeyd etməyiniz xahiş olunur.

Caspian Energy Club şirkətinin digər vakansiyaları

Caspian Energy Club vakansiyaları