Əsas məzmuna keç
GoJob

Copywriter

166 Yükdaşıma və LogistikaBakıda kopirayter vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 oktyabr 2026
Son müraciət tarixi
22 noyabr 2026
Kateqoriya
Marketinq

Bakı şəhərində Marketinq üzrə vakansiyalar

Vakansiya haqqında

166 Yükdaşıma və Logistika Bakıda kopirayter axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

166 Yükdaşıma və Logistika şirkəti “Copywriter” vakansiyası elan edir.

Tələblər:

  • Brendin ümumi kommunikasiya dilini formalaşdırmaq və qorumaq;
  • Yaradıcı kampaniyalar üçün konsept, sloqan və strateji məzmun hazırlanması;
  • Sosial media üçün brif və məzmunların yazılması və idarə olunması;
  • Çəkiliş proseslərinə rəhbərlik: ideya, ssenari, brief və yaradıcı istiqamət vermək;
  • Vizual komanda ilə sıx işləmək, dizayn və kontentin uyğunluğunu təmin etmək;
  • Eyni anda bir neçə layihəni idarə etmək və komanda üzvlərinə mentorluk etmək;
  • Müştəri ehtiyaclarını analiz etmək və kontent strategiyası təklifləri vermək;
  • Trend analizi və innovativ məzmun yanaşmalarının tətbiqi.

Vəzifə öhdəlikləri:

  • Copywriting sahəsində minimum 2 illik peşəkar təcrübə;
  • Brend dili yaratmaq və qorumaq üzrə təcrübə;
  • Kreativ kampaniyaların planlanması və yazılı hissəsinin icrası;
  • Foto/video çəkiliş üçün ssenari və ideya hazırlamaq bacarığı;
  • Dizayn və video komandaları ilə yüksək səviyyədə əməkdaşlıq;
  • Strateji düşünmə və komanda idarəetmə bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı ifadə (İngilis və Rus dili bilikləri əlavə üstünlükdür).

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
  • Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.

Uyğun namizədlərdən CV-lərini “Copywriter” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

166 Yükdaşıma və Logistika şirkətinin digər vakansiyaları

166 Yükdaşıma və Logistika vakansiyaları