Korporativ satış üzrə aparıcı mütəxəssis
GrincoBakıda korporativ satış üzrə mütəxəssis vakansiyası
Maaş: 1.000 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 3 noyabr 2026
- Son müraciət tarixi
- 3 dekabr 2026
- Kateqoriya
- Satış və Ticarət
Vakansiya haqqında
Grinco Bakıda korporativ satış üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Korporativ müştərilərlə işləməyi və satışda nəticə əldə etməyi bacaran mütəxəssisləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilər qazanmaq və mövcud müştəri portfelini inkişaf etdirmək;
- İşgüzar görüşlər, məhsul təqdimatları və satış danışıqları aparmaq;
- Müştəri sorğularını qiymətləndirmək, kommersiya təklifləri hazırlamaq və sifarişədək izləmək;
- Sifarişlərin icrasını aidiyyəti şöbələrlə əlaqələndirmək;
- Satış hədəflərinə çatmaq və nəticələr barədə hesabat vermək.
Namizədə tələblər
- Satış sahəsində ən azı 1 il təcrübə;
- Ali təhsil;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət; ingilis dili üstünlükdür;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Təqdimat, danışıqlar və müştəri münasibətlərini idarəetmə bacarığı;
- Təşəbbüskarlıq, məsuliyyət və nəticəyönümlülük.
İş şərtləri
- Əməkhaqqı: 1 000 AZN + satış bonusu;
- İş qrafiki: bazar ertəsi–cümə, 08:30–17:30;
- Rəsmi əmək müqaviləsi;
- Korporativ nömrə və işgüzar görüşlər üçün taksi təminatı;
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi 1, Nobel Hotelin yanı.
CV-nizi mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.