Kredit mütəxəssisi (İstehlak)
Alfa Kapital BOKT MMCBakıda kredit mütəxəssisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 4 noyabr 2026
- Son müraciət tarixi
- 4 dekabr 2026
- Kateqoriya
- Maliyyə, Bank və Sığorta
Vakansiya haqqında
Alfa Kapital BOKT MMC Bakıda kredit mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
ALFA KAPİTAL BOKT MMC region filialları üzrə komandasını genişləndirir Bərdə, Gəncə, Salyan və Qazax şəhərlərində işləmək istəyən namizədləri əməkdaşlığa dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin cəlb edilməsi və kredit məhsullarının təqdim olunması;
- Kredit müraciətlərinin qəbulu və ilkin təhlili;
- Müştərilərin maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- Kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
- Kredit portfelinin monitorinqi və ödənişlərə nəzarət;
- Gecikmiş ödənişlərin azaldılması istiqamətində tədbirlərin görülməsi;
- Yeni müştəri bazasının formalaşdırılması və satış hədəflərinin yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Bank və ya BOKT sahəsində təcrübə arzuolunandır;
- Ünsiyyət və satış bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik və öyrənməyə həvəs;
- MS Office proqramlarından istifadə bacarığı;
- Regionda işləmək imkanı.
- Yaş: 20-35
Biz nə təklif edirik?
- Rəsmi əməkdaşlıq və ödənişli təcrübə imkanı;
- Əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi — vəzifə və əməkdaşlıq şərtlərinə uyğun olaraq;
- Peşəkar inkişaf və karyera yüksəlişi;
- Dinamik və dəstəkləyici iş mühiti.
- 5 günlük iş qrafiki
- Korporativ mobil nömrə
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və müraciətinizdə işləmək istədiyiniz şəhəri qeyd edin.
Mövzu: Kredit mütəxəssisi (İstehlak) – Bərdə / Gəncə / Salyan /Qazax