Əsas məzmuna keç
GoJob

Kredit mütəxəssisi – Biləsuvar, Kürdəmir filialı

Bakıda kredit mütəxəssisi vakansiyasıASEL Kredit

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 sentyabr 2026
Son müraciət tarixi
30 oktyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

ASEL Kredit Bakıda kredit mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Kredit mütəxəssisi – Biləsuvar, Kürdəmir filialına təcrübəli əməkdaşlar axtarırıq.

Namizədə tələblər:

  • Bank və ya BOKT sektorunda kredit mütəxəssisi kimi minimum 6 ay iş təcrübəsi;
  • Kredit məhsulları və kreditləşmə prosesləri üzrə bilik;
  • Kredit müraciətlərinin qəbul edilməsi, təhlili və rəsmiləşdirilməsi üzrə təcrübə;
  • Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının formalaşdırılması bacarığı;
  • Kredit portfelinin idarə edilməsi və ödənişlərə nəzarət;
  • MS Office proqramlarından istifadə bacarığı;

Əsas vəzifə öhdəlikləri:

  • Müştərilərin cəlb edilməsi və kredit məhsulları barədə məlumatlandırılması;
  • Kredit müraciətlərinin qəbul edilməsi və ilkin qiymətləndirilməsi;
  • Müştərinin ödəmə qabiliyyətinin və təqdim etdiyi məlumatların təhlili;
  • Kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
  • Kredit portfelinin idarə olunması və monitorinqi;
  • Kredit ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət;
  • Filialın satış və kredit portfeli üzrə müəyyən edilmiş hədəflərinin yerinə yetirilməsində iştirak.

Əlavə üstünlük:

  • Müvafiq ərazi üzrə yaşamaq və ərazini yaxşı tanımaq;
  • Həmin ərazidə müştəri bazasının olması;
  • Ehtiyac yarandıqda ərazi üzrə marketinq və müştəri cəlbetmə fəaliyyətlərində iştirak edə bilmək.

İş şəraiti

  • İş yeri: Biləsuvar
  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: Müsahibə əsasında + bonus/motivasiya sistemi

Uyğun namizədlər CV-lərini Filialın adı qeyd edilməklə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

ASEL Kredit şirkətinin digər vakansiyaları

ASEL Kredit vakansiyaları