Əsas məzmuna keç
GoJob

Mikro və Biznes kreditləri üzrə mütəxəssis (Şirvan filialı)

Caspian Invest BOKTŞirvanda kredit mütəxəssisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Şirvan
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
5 oktyabr 2026
Son müraciət tarixi
4 noyabr 2026

Vakansiya haqqında

Caspian Invest BOKT Şirvanda kredit mütəxəssisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

“Şirvan filialına Mikro və Biznes kreditləri üzrə mütəxəssis” axtarılır!

Tələblər:

  • Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahələrdə Bakalavr dərəcəsi. 
  • MS Office proqramlarında işləmək bacarığı
  • Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı.
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq.
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.

Əsas vəzifə öhdəlikləri:

  • Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək
  • Müştəriləri maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək
  • Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək
  • Kreditləşdirmə üçün lazimi sənədlərin tərtibatı
  • Kredit müddəti bitənədək müştərilərlə əlaqədə olub, onları nəzarətdə saxlamaq
  • Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi
  • Müdiriyyət tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək.

İş şəraiti:

  • İş rejimi: 6/1
  • Ünvan: Şirvan filialı
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki,  CV-ni "Şirvan filialına Mikro və Biznes kreditləri üzrə mütəxəssis" mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Oxşar vakansiyalar