Layihə koordinatoru (Project Coordinator)
ForEver18 InternationalBakıda layihə koordinatoru vakansiyası
Maaş: 1.500 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 18 noyabr 2026
- Baxış
- 691
- Müraciət
- 32
- Son müraciət tarixi
- 18 dekabr 2026
- Kateqoriya
- Satış və Ticarət
Vakansiya haqqında
ForEver18 International Bakıda layihə koordinatoru axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Forever18 International baş ofisi Cənubi Koreyada yerləşən, inyeksion və qeyri-invaziv estetik məhsulların istehsalı və distribusiyası sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. 27-dən çox məhsuldan ibarət portfeli ilə 46 ölkədə fəaliyyət göstərir və 50-dən çox beynəlxalq distribütorla əməkdaşlıq edir. Şirkətin beynəlxalq bazarlardakı uğurlu fəaliyyətinin göstəricilərindən biri olan ReMedium PDRN məhsulunun illik satış həcmi artıq 1 milyon ədədi ötüb.
Azərbaycan ofisimizə beynəlxalq layihələrin, tədbirlərin və gündəlik iş proseslərinin koordinasiyasını həyata keçirəcək təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü Layihə koordinatoru axtarılır.
İş şəraiti
- Əməkhaqqı: 1 500 AZN sabit aylıq maaş;
- İş yeri: Makro Park, Ülvi Bünyadzadə küçəsi, Bakı — Dədə Qorqud parkının yaxınlığı;
- İş formatı: Ofisdaxili, tam ştat;
- İş qrafiki: 5 günlük iş həftəsi, bazar ertəsi–cümə, 08:00–16:30;
- Nahar fasiləsi: İş saatlarına daxil olan 30 dəqiqə;
- İstirahət günləri: Şənbə və bazar;
- Xarici ezamiyyətlər: Beynəlxalq sərgi və seminarlarda iştirak tələb olunur;
- İş üzrə kommunikasiya dilləri: İngilis və rus dilləri.
- İş təcrübəsi aidiyyatı üzrə minimum 3 il
Namizədə dair tələblər
- İş proseslərini planlaşdırmaq, tapşırıqların icrasını izləmək və komandalar arasında koordinasiyanı təmin etmək bacarığı;
- Araşdırma aparmaq, məlumatları təhlil etmək və sistemləşdirmək bacarığı;
- Təqdimatlar, marketinq məzmunu və işgüzar sənədlər hazırlamaq bacarığı;
- Rəsmi yazışmaları və xarici tərəfdaşlarla kommunikasiyanı peşəkar səviyyədə aparmaq bacarığı;
- Microsoft Word, PowerPoint, Adobe Acrobat və Canva proqramlarında işləmək bacarığı;
- Xarici ezamiyyətlərə getməyə hazır olmaq.
Əsas kompetensiyalar
- Güclü təşkilatçılıq və planlaşdırma bacarıqları;
- Bir neçə işi paralel koordinasiya etmək və prioritetləri düzgün müəyyənləşdirmək;
- Detallara diqqət və icra müddətlərinə riayət etmək;
- Təşəbbüskarlıq, müstəqil işləmək və tapşırıqları nəticəyə çatdırmaq;
- Komanda və tərəfdaşlarla aydın, operativ ünsiyyət qurmaq;
- Dəyişən iş şəraitinə uyğunlaşmaq və problemlərin həllinə yönəlmiş yanaşma;
- İşgüzar etikaya və şirkət məlumatlarının məxfiliyinə riayət etmək.
Dil bilikləri
- İngilis dili: Səlis şifahi və yazılı, işgüzar yazışmalar və görüşlər aparmaq səviyyəsində;
- Rus dili: Səlis şifahi və yazılı, işgüzar yazışmalar və görüşlər aparmaq səviyyəsində.
Vəzifənin məqsədi və əsas öhdəlikləri
- Vəzifənin əsas məqsədi şirkətin beynəlxalq layihələrinin və gündəlik iş proseslərinin planlı icrasını təmin etmək, komandalar və tərəfdaşlar arasında koordinasiyanı həyata keçirməkdir.
- Şirkətin beynəlxalq layihələrinin və gündəlik fəaliyyətinin koordinasiyası, işlərin vaxtında və keyfiyyətlə tamamlanmasının izlənilməsi;
- Beynəlxalq sərgi və seminarların təşkili, xarici ezamiyyətlərdə iştirak və şirkətin təmsil edilməsi;
- Kataloqlar, təqdimatlar və digər marketinq materialları üçün araşdırmaların aparılması, məzmunun hazırlanması və yeni ideyaların təklif edilməsi;
- Şirkətin rəsmi yazışmalarının və e-poçtlarının idarə olunması, rəhbərlik və xarici tərəfdaşlarla işgüzar kommunikasiyanın aparılması;
- Şirkətin vebsaytlarının məzmununa və aktuallığına nəzarət, yenilənmə işlərinin koordinasiyası;
- Bazar və sektor üzrə araşdırmaların aparılması, inkişaf təkliflərinin və rəhbərliyə müntəzəm hesabatların hazırlanması.
İş təcrübəsi
- Layihə koordinasiyası, tədbirlərin təşkili, inzibati işlər və ya marketinq dəstəyi sahəsində təcrübə üstünlükdür;
- Xarici tərəfdaşlarla işgüzar yazışmalar və təşkilati işlər üzrə təcrübə üstünlükdür;
- Təqdimatların və marketinq materiallarının hazırlanması üzrə praktiki təcrübə üstünlükdür.
Sizi nə gözləyir?
- Beynəlxalq komanda və müxtəlif ölkələrdən olan tərəfdaşlarla iş;
- Xarici ezamiyyətlər, beynəlxalq sərgi və seminarlarda iştirak;
- Şirkətin layihələrində və brendlərinin inkişafında aktiv rol;
- Layihə koordinasiyası, tədbirlərin təşkili və beynəlxalq kommunikasiya istiqamətlərində peşəkar inkişaf imkanı.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Project Coordinator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkətin rəsmi vebsaytları
- www.forever18international.com
- www.remediumkorea.com
- www.ksbiokorea.com
- www.jennerafiller.com