Əsas məzmuna keç
GoJob

İT Layihə Meneceri

İnnovativ Layihələr MərkəziBakıda layihə meneceri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
25 sentyabr 2026
Son müraciət tarixi
25 oktyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

İnnovativ Layihələr Mərkəzi Bakıda layihə meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • İT üzrə Layihələrin məqsədlərinin, əhatə dairəsinin (scope) və deliverable-ların müəyyən edilməsi;
  • Layihə planının hazırlanması (timeline, mərhələlər, resurs planı);
  • Büdcənin formalaşdırılması və nəzarət mexanizmlərinin qurulması;
  • Layihə fəaliyyətlərinin ümumi idarə olunması və koordinasiyası;
  • Podratçı və təchizatçıların işinə nəzarət və uyğunluğun təmin edilməsi;
  • Layihə üzrə texniki uyğunluğun təsdiqi;
  • Layihə Koordinatorunun fəaliyyətinə rəhbərlik və nəzarət;
  • Layihənin icra vəziyyətinin (deadline, KPI, progress) daimi izlənilməsi;
  • Layihə iştirakçıları (İT mütəxəssisləri, podratçılar, təchizatçılar) arasında effektiv əlaqəni təmin etmək;
  • Şəbəkə infrastrukturu (LAN/WAN, VLAN, IP planlama) üzrə qərarların verilməsi;
  • CCTV, access control və digər sistemlərin inteqrasiyasına nəzarət;
  • Avadanlıq seçimi və texniki uyğunluğun təmin edilməsi;
  • Layihə üzrə görüşlərin təşkili və rəhbərlik edilməsi;
  • Stakeholder-lərin gözləntilərinin idarə olunması;
  • Layihə üzrə texniki və inzibati sənədlərin (texniki tapşırıq, aktlar, hesabatlar və s.) hazırlanması və dövriyyəsinin aparılması
  • Layihə üzrə texniki və inzibati sənədlərin hazırlanması və izlənilməsi
  • Tapşırıqların icra vəziyyətini izləmək, gecikmələr və risklər barədə rəhbərliyi məlumatlandırmaq
  • Vendor və tərəfdaşlarla danışıqların aparılması;
  • Layihənin vaxtında və büdcə daxilində tamamlanması.

Səriştələr:

  • Layihə idarəetmə metodologiyaları (PMI, Agile və s.) üzrə bilik;
  • İT infrastrukturu (network, CCTV, access control) üzrə güclü texniki baza;
  • Liderlik və komanda idarəetmə bacarığı;
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • MS Project, Jira və digər PM alətləri ilə işləmə bacarığı.

Tələblər:

  • İT sahəsində 4-5il iş təcrübəsi.
  • İngilis və Rus dili biliyi;

Qrafik: 5 günlük iş qrafiki.

Şirkət tərəfindən ödənişsiz nahar təminatı və Tibbi sığorta.

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Layihə Meneceri” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

İnnovativ Layihələr Mərkəzi şirkətinin digər vakansiyaları

İnnovativ Layihələr Mərkəzi vakansiyaları