Layihə rəhbəri
AZMADE GroupBakıda layihə meneceri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 27 oktyabr 2026
- Son müraciət tarixi
- 26 noyabr 2026
- Kateqoriya
- Tikinti və Daşınmaz Əmlak
Vakansiya haqqında
AZMADE Group Bakıda layihə meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Azmade Groupa daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Layihə rəhbəri” axtarışındadır.
Tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində 2-3 il iş təcrübəsi
- Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
- PMD sənədləşməsində təcrübəli
- AutoCAD proqramını yüksək səviyyədə bilmək,
- Dəqiqlik və operativlik
- Tikinti işləri və avadanlıqların fəaliyyətlərinin planlaşdırılmasını bacarmaq
İş öhdəlikləri:
- Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
- Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
- Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
- Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
- Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
- Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və müəssisə daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
- Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
- Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
- Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını və baş ofisə təqdim edilməsini təmin etmək;
- Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
- Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Müəssisənin təmsil olunması;
- Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;
- Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
İş şəraiti
- İş qrafiki: 6 günlük iş rejimi
- Həftə içi iş saatları: 09:00-18:00
- Şənbə günü: 09:00-15:00
- 12:00-13:00 nahar fasiləsi
- Nahar yeməyi və korporativ nömrə şirkət tərəfindən qarşılanır.
- İş yeri: Bakı şəhəri
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Layihə rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.