Əsas məzmuna keç
GoJob

Fit-out üzrə Layihə Rəhbəri (Fit-out Project Manager)

GM ConstructionBakıda layihə meneceri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində Tikinti və Daşınmaz Əmlak üzrə vakansiyalar

Vakansiya haqqında

GM Construction Bakıda layihə meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Bakı şəhəri və şirkətin layihələri

İş rejimi: Tam ştat

Əməkhaqqı: Namizədin peşəkar təcrübəsinə və kvalifikasiyasına uyğun olaraq müəyyən ediləcək.

Vəzifənin məqsədi

  • Şirkətin həyata keçirdiyi premium otel, villa kompleksləri, yaşayış, ofis və kommersiya obyektləri üzrə fit-out və daxili tamamlama işlərinin başlanğıcdan yekun təhvil-təslim mərhələsinədək idarə edilməsini təmin etmək.
  • Layihələrin təsdiq edilmiş büdcə, icra qrafiki, texniki spesifikasiyalar, yüksək keyfiyyət standartları və əməyin təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilməsinə rəhbərlik etmək.

Əsas vəzifə öhdəlikləri

Layihələrin planlaşdırılması və idarə edilməsi

  • İrihəcmli premium otel, villa və digər təyinatlı obyektlərdə fit-out işlərinin bütün mərhələlərinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
  • Layihənin təsdiq edilmiş memarlıq, interyer dizaynı, konstruktiv və mühəndislik sənədlərini təhlil etmək, iş həcmlərini və icra strategiyasını müəyyənləşdirmək;
  • Layihə üzrə əsas və mərhələli iş qrafiklərini, resurs və material təminatı planlarını hazırlamaq və icrasına nəzarət etmək;
  • Paralel icra olunan müxtəlif bina, villa və funksional zonalar üzrə işlərin ardıcıllığını, prioritetlərini və koordinasiyasını təmin etmək;
  • Layihənin kritik mərhələlərini, gecikmə risklərini və qarşılıqlı asılılıqları müəyyənləşdirmək, zərurət olduqda bərpa planları hazırlamaq.

Fit-out və daxili tamamlama işlərinin texniki idarə edilməsi

  • Alçıpan arakəsmələr, asma tavanlar, suvaq, boya, dekorativ üzlüklər, mərmər, qranit, təbii daş, keramika, parket və digər döşəmə örtükləri, şüşə və metal konstruksiyalar, qapılar, taxta və MDF elementləri, xüsusi sifarişli mebel və digər daxili tamamlama işlərinin icrasına nəzarət etmək;
  • Premium interyer layihələrində materialların, montaj texnologiyalarının və icra keyfiyyətinin təsdiq edilmiş dizayn konsepsiyasına uyğunluğunu təmin etmək;
  • İşçi çertyojları (Shop Drawings), texniki spesifikasiyaları, material nümunələrini və təsdiq sənədlərini yoxlamaq;
  • İcra zamanı yaranan texniki uyğunsuzluqları layihəçi, dizayner, sifarişçi və aidiyyəti mühəndislərlə koordinasiya edərək həll etmək;
  • Təsdiq edilmiş nümunə sahələrin (Mock-up) və etalon otaqların keyfiyyət standartlarına uyğun hazırlanmasını və sonrakı işlərdə həmin standartların tətbiqini təmin etmək.

MEP və digər mühəndislik sistemləri ilə koordinasiya

  • Fit-out işlərinin HVAC, elektrik, santexnika, yanğın təhlükəsizliyi, zəif axın və digər mühəndislik sistemləri ilə koordinasiyasını təmin etmək;
  • Memarlıq, interyer və MEP layihələri arasındakı uyğunsuzluqları müəyyənləşdirmək, onların icradan əvvəl aradan qaldırılmasını təşkil etmək;
  • Tavan, divar və döşəmə konstruksiyalarının bağlanmasından əvvəl gizli mühəndislik işlərinin, tələb olunan sınaqların və inspeksiyaların tamamlanmasını təmin etmək;
  • Mühəndislik sistemlərinin daxili tamamlama elementləri ilə texniki və estetik uyğunluğuna nəzarət etmək.

Komanda və subpodratçıların idarə edilməsi

  • Layihə mühəndisləri, sahə rəisləri, iş icraçıları, ustalar, ixtisaslaşmış briqadalar və subpodratçıların fəaliyyətini idarə etmək;
  • Müxtəlif obyektlər və iş zonaları üzrə resurs bölgüsünü və gündəlik işlərin koordinasiyasını təşkil etmək;
  • Subpodratçıların iş qrafiklərinə, müqavilə öhdəliklərinə, məhsuldarlığına və keyfiyyət göstəricilərinə nəzarət etmək;
  • Gündəlik və həftəlik koordinasiya iclaslarını təşkil etmək, icra prosesində yaranan problemlərin operativ həllini təmin etmək.

Büdcə, iş həcmləri və xərclərə nəzarət

  • Layihənin təsdiq edilmiş büdcəsinin icrasına nəzarət etmək, faktiki xərcləri planlaşdırılmış göstəricilərlə müqayisə etmək;
  • İş həcmləri cədvəllərini (BOQ), smeta sənədlərini, subpodratçıların təqdim etdiyi görülmüş iş həcmlərini və ödəniş sənədlərini yoxlamaq;
  • Forma-2 və digər icra-ödəniş sənədlərinin hazırlanması və təsdiqi prosesini aidiyyəti şöbələrlə koordinasiya etmək;
  • Əlavə işləri, layihə dəyişikliklərini (Variations / Change Orders) və onların büdcə və icra müddətinə təsirini qiymətləndirmək;
  • Material, işçi qüvvəsi və digər resurslardan səmərəli istifadəni təmin etməklə layihə xərclərinin optimallaşdırılmasına nail olmaq.

Material təchizatı və satınalma prosesləri

  • Premium fit-out layihələrində istifadə edilən yerli və idxal materiallarının texniki göstəricilərini, spesifikasiyalarını və keyfiyyət tələblərini yoxlamaq;
  • Material nümunələrinin (Material Samples) və texniki təqdimatların (Material Submittals) təsdiq prosesini koordinasiya etmək;
  • Xüsusi sifarişlə hazırlanan interyer elementləri, mebel, qapı, daş və dekorativ materiallar üzrə istehsal və çatdırılma qrafiklərinə nəzarət etmək;
  • Uzun tədarük müddətli materialların (Long-lead Items) layihə qrafikinə təsirini əvvəlcədən qiymətləndirmək və gecikmələrin qarşısını almaq;
  • Təchizatçı, istehsalçı və montaj komandaları arasında koordinasiyanı təmin etmək.

Keyfiyyətə nəzarət və SƏTƏM

  • Bütün fit-out işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğun icrasını təmin etmək;
  • QA/QC və SƏTƏM mütəxəssisləri ilə birlikdə yoxlama, inspeksiya və uyğunsuzluqların aradan qaldırılması proseslərini koordinasiya etmək;
  • Premium interyerlərdə səthlərin, birləşmələrin, montaj detallarının, rəng və tekstura uyğunluğunun tələb olunan keyfiyyət səviyyəsində olmasına nəzarət etmək;
  • Qüsurların, təkrar işlərin və material itkilərinin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirmək;
  • İşlərin əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək.

Sifarişçi, layihəçi və digər tərəflərlə koordinasiya

  • Sifarişçi, memar, interyer dizayneri, baş podratçı, subpodratçı və texniki nəzarət nümayəndələri ilə işgüzar əlaqələri idarə etmək;
  • Texniki koordinasiya iclaslarında iştirak etmək, qəbul edilmiş qərarların icrasına nəzarət etmək;
  • Texniki sorğuların (RFI), layihə dəyişikliklərinin, material və çertyoj təsdiqlərinin vaxtında tamamlanmasını təmin etmək;
  • Layihə üzrə kritik texniki və təşkilati məsələləri rəhbərliyə vaxtında təqdim etmək və həll yolları təklif etmək.

Hesabatlılıq və layihənin təhvil-təslimi

  • Layihənin icra vəziyyəti, qrafikdən kənarlaşmalar, büdcə, material təminatı, risklər və subpodratçıların fəaliyyəti üzrə mütəmadi hesabatlar hazırlamaq;
  • Görülmüş işlərin qəbulunu, qüsurlar siyahısının (Snag List) hazırlanmasını və qüsurların aradan qaldırılmasını təşkil etmək;
  • Faktiki icra çertyojlarının (As-built), istismar və texniki xidmət sənədlərinin (O&M Manuals), zəmanət və digər təhvil sənədlərinin hazırlanmasını təmin etmək;
  • Obyektlərin mərhələli və yekun təhvil-təslim proseslərinə rəhbərlik etmək.

Tələblər

  • İnşaat mühəndisliyi, memarlıq və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
  • Tikinti sahəsində minimum 8–10 il, o cümlədən fit-out layihələrinin idarə edilməsində minimum 5 il praktiki təcrübə;
  • Premium otel, villa, yüksək səviyyəli yaşayış, ofis və ya kommersiya obyektlərində fit-out işlərinin idarə edilməsi üzrə uğurlu layihə təcrübəsi;
  • Ən azı bir irihəcmli fit-out layihəsinin başlanğıcdan yekun təhvilədək idarə edilməsində rəhbər təcrübəsi;
  • Daxili tamamlama materialları, premium interyer həlləri və montaj texnologiyaları üzrə dərin praktiki bilik;
  • Memarlıq, interyer dizaynı, konstruktiv və MEP çertyojlarını sərbəst oxumaq və təhlil etmək bacarığı;
  • Layihə qrafiklərinin hazırlanması, büdcə və xərclərin idarə olunması, subpodratçıların koordinasiyası üzrə praktiki təcrübə;
  • AutoCAD, MS Office və MS Project proqramları ilə işləmək bacarığı; Primavera P6 biliyi üstünlükdür;
  • BOQ, Forma-2, Shop Drawings, Material Submittals, RFI və digər texniki sənədləşmə prosesləri üzrə bilik və təcrübə;
  • Güclü liderlik, təşkilatçılıq, danışıqlar aparma və operativ qərarvermə bacarıqları;
  • Azərbaycan dilində sərbəst ünsiyyət; ingilis və/və ya rus dili biliyi üstünlükdür.

Üstünlük veriləcək namizədlər:

  • Beynəlxalq otel şəbəkələri, premium villa kompleksləri, yüksək səviyyəli yaşayış və kommersiya layihələrində çalışmış, yüksək keyfiyyət standartları və mürəkkəb interyer həlləri ilə praktiki iş təcrübəsi olan mütəxəssislər.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Oxşar vakansiyalar