Layihə rəhbəri (Satış)
OBA marketlər şəbəkəsiBakıda layihə meneceri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Xətai
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 14 oktyabr 2026
- Son müraciət tarixi
- 13 noyabr 2026
- Kateqoriya
- Tikinti və Daşınmaz Əmlak
Vakansiya haqqında
OBA marketlər şəbəkəsi Bakının Xətai rayonunda layihə meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Təsvir
- Satış və marketinq strategiyaları üçün layihələrin tam həyat dövrünü idarə etmək.
- Çoxfunksiyalı komandaların (marketinq, satış, logistika) işəsalınmasını və rəhbərliyini həyata keçirmək.
- Yeni mağaza formatlarının və ya təcrübə mərkəzlərinin açılış layihələrinə rəhbərlik etmək.
- Layihə büdcəsini hazırlamaq, monitorinq etmək və idarə etmək.
- Əsas paydaşlarla (daxili və xarici) ünsiyyəti və tələbləri koordinasiya etmək.
- Xərclərin optimallaşdırılması və effektivliyin artırılması üçün proses yenidənqurma layihələrini həyata keçirmək.
- Yeni texnoloji həllərin (məsələn, ödəniş sistemləri, inventar idarəetməsi) tətbiqi layihələrinə nəzarət etmək.
- Layihə risklərini müəyyən etmək, qiymətləndirmək və azaltmaq.
- Satış kanallarının (onlayn və oflayn) inteqrasiyası üzrə layihələri idarə etmək.
- Layihə mərhələlərini və təhvil tarixlərini planlaşdırmaq və təmin etmək.
- Bütün layihə fəaliyyətləri üzrə hesabatlar və performans göstəriciləri hazırlamaq.
- Dəyişikliklərə və yeni bazar tələblərinə uyğun olaraq layihə planlarını dəyərləndirmək və yenidən tənzimləmək.
İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblər
- Ali təhsil – Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Marketinq və ya əlaqəli sahələr;
- Layihələrin idarə edilməsi sahəsində 3+ il iş təcrübəsi;
- Pərakəndə satış, FMCG, marketinq, kommersiya və ya transformasiya layihələrində təcrübə arzuolunandır;
- Generativ AI alətləri (məsələn, ChatGPT, Microsoft Copilot və analoji həllər) ilə işləmək və onların layihə idarəetmə proseslərində effektiv tətbiqi üzrə praktiki bilik;
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Layihə idarəetməsi üzrə sertifikatlar üstünlükdür
- Böyük və çoxfunksiyalı komandaların koordinasiyası və layihələrə rəhbərlik etmək bacarığı;
- Layihə planlaşdırılması, büdcə idarəetməsi və risklərin idarə edilməsi üzrə biliklər;
- Analitik düşüncə və məlumatlar əsasında qərarvermə bacarığı;
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Eyni anda bir neçə layihəni prioritetləşdirərək idarə etmək bacarığı;
- Nəticəyönümlülük, liderlik və yüksək məsuliyyətlilik.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat xidməti
- Karyera yüksəlişi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
OBA marketlər şəbəkəsi şirkətinin digər vakansiyaları
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıOBA marketlər şəbəkəsi, Bakı, Xətai
Bakıda inkassasiya əməliyyatları üzrə mütəxəssis vakansiyasıOBA marketlər şəbəkəsi, Bakı, Xətai
Bakıda mühasib vakansiyasıOBA marketlər şəbəkəsi, Bakı, Xətai
Bakıda anbarlar üzrə keyfiyyətə nəzarət bölmə müdiri vakansiyasıOBA marketlər şəbəkəsi, Bakı, Xətai