Əsas məzmuna keç
GoJob

Baş Mühəndis - Konstruktor

AZPROMLayihə mühəndisi vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Abşeron
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 avqust 2026
Son müraciət tarixi
27 sentyabr 2026
Kateqoriya
Mühəndislik

Vakansiya haqqında

AZPROM layihə mühəndisi axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş barədə məlumat

  • Texniki tapşırıq və müvafiq standartlara uyğun olaraq məhsul və ya konstruksiya layihələri hazırlamaq
  • Texniki çertyojlar, spesifikasiyalar, eskizlər və texniki hesabatlar tərtib etmək
  • Layihələndirmə üçün uyğun materialların və avadanlıqların seçimini həyata keçirmək
  • Layihələrin konstruktiv və texnoloji həllərini optimallaşdırmaq və inkişaf etdirmək
  • Mövcud konstruksiyalarda dəyişikliklər aparmaq və onların təkmilləşdirilməsini təmin etmək
  • Hazırlanmış layihə sənədlərinin beynəlxalq və yerli standartlara (ISO, GOST və s.) uyğunluğunu təmin etmək
  • İstehsalat proseslərinin layihə sənədlərinə və texniki həllərə uyğun şəkildə icrasına nəzarət etmək
  • Texniki təcrübə sınaqlarında iştirak etmək və əldə edilən nəticələr əsasında layihələrə düzəlişlər tətbiq etmək
  • İş zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək
  • Ona həvalə olunmuş layihə və texniki tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək
  • Hazırlanmış texniki sənədlərin düzgünlüyünə və normativ texniki standartlara uyğunluğuna cavabdeh olmaq
  • Texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulmasına yol verməmək
  • Layihə sənədlərində və konstruktiv həllərdə buraxılmış texniki və funksional səhvlərə görə məsuliyyət daşımaq
  • İstifadəsində olan texniki sənədlərin, avadanlıq və layihə materiallarının qorunmasına və düzgün saxlanmasına cavabdeh olmaq

Namizədə tələblər

  • Ali texniki təhsil (mühəndis-konstruktor ixtisası üzrə);
  • Texniki çertyoj, 3D modelləşdirmə və CAD proqramlarında (AutoCAD, SolidWorks, və s.) işləmə bacarığı;
  • Standartlaşdırma və texniki normativlər üzrə biliklər;
  • Layihələndirmə, hesablama və texniki sənədləşmə bacarığı;
  • Təhlükəsizlik texnikası qaydalarını bilmək və tətbiq etmək;
  • Ən azı 10 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır.

İş şərtləri

  • İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək
  • Əmək haqqı: Başlanğıc 1500 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
  • İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi

Əlaqə nömrəsi: 050-231-12-05 (HR)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

AZPROM şirkətinin digər vakansiyaları

AZPROM vakansiyaları