Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Layihələrin idarə edilməsi üzrə mütəxəssis

Tam StoreBakıda layihələrin idarə edilməsi üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 noyabr 2026
Baxış
642
Müraciət
47
Son müraciət tarixi
22 dekabr 2026

Bakı şəhərində Satış və Ticarət üzrə iş elanları

Vakansiya haqqında

Tam Store Bakıda «Layihələrin idarə edilməsi üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

Əsas vəzifə öhdəlikləri:

  • KPI göstəricilərinin izlənilməsi, kənarlaşmaların və trendlərin vaxtında müəyyən edilməsi;
  • Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi və vahid bazada birləşdirilməsi;
  • Rəqəmlər əsasında təhlillərin aparılması, nəticələrin çıxarılması və qısa, aydın xülasələrin hazırlanması;
  • Gündəlik, həftəlik və aylıq hesabatların müntəzəm və vaxtında hazırlanması;
  • Layihələrin icra vəziyyətinin izlənilməsi və mümkün gecikmələr barədə direktorun vaxtında məlumatlandırılması;
  • Görüşlərin təşkili, protokolların hazırlanması və verilən tapşırıqların icrasının izlənilməsi;
  • Departamentlərarası koordinasiyanın təmin edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, XLOOKUP/VLOOKUP, Power Query, şərti formatlama və dinamik cədvəllər);
  • Power BI proqramı ilə işləmək bacarığı (məlumat modellərinin qurulması, DAX-ın əsasları və interaktiv dashboardların hazırlanması);
  • PowerPoint proqramında rəhbərlik üçün aydın və vizual təqdimatlar hazırlamaq bacarığı;
  • SQL üzrə baza biliklərinin olması (verilənlər bazasından məlumatların əldə edilməsi) üstünlükdür;
  • Layihə idarəetməsinin əsasları (layihə mərhələləri, son icra tarixləri, risklər və məsuliyyət bölgüsü) üzrə biliklər;
  • Diqqətlilik və dəqiqlik;
  • Eyni vaxtda bir neçə tapşırığı idarə etmək və prioritetləri müəyyənləşdirmək bacarığı;
  • Məxfi məlumatlarla işləməkdə etibarlılıq;
  • Proaktivlik, problemləri vaxtında müəyyən etmək və həll yolları təklif etmək bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Gərgin iş rejimində və qısa icra müddətləri çərçivəsində işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi:

  • İqtisadiyyat, biznesin idarə edilməsi, statistika, informasiya texnologiyaları və ya oxşar ixtisaslar üzrə ali təhsil;
  • Analitika, hesabatlıq və ya inzibati dəstək sahəsində ən azı 1–3 il iş təcrübəsi;
  • ERP sistemləri (Logo Tiger, 1C, SAP və s.) ilə işləmək təcrübəsi üstünlükdür;
  • Pərakəndə satış və ya FMCG sahəsində iş təcrübəsi üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Layihələrin idarə edilməsi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tam Store şirkətinin digər vakansiyaları

Tam Store vakansiyaları

Tam Store haqqında

Aktiv vakansiya
2
Son 6 ayda
16
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • memar
  • elektrik mühəndisi
  • hüquqşünas
  • motion dizayner
  • keyfiyyətə nəzarət üzrə mütəxəssis

Tam Store vakansiyaları: hazırda GoJob-da 2 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən memar, elektrik mühəndisi, hüquqşünas, motion dizayner və keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifələrinə işçi axtarır. Son 6 ayda Tam Store şirkətində iş üçün 16 vakansiya dərc olunub. Tam Store işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Tam Store: bütün vakansiyalar (2)

«Layihələrin idarə edilməsi üzrə mütəxəssis» vakansiyası haqqında suallar

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat; iş saatları: 09:00–18:00.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.